Abxaz separatizminin gizli erməni kökləri – DOSYE, ARAŞDIRMA

Abxaz separatizminin gizli erməni kökləri – DOSYE, ARAŞDIRMA
  11 May 2016    Oxunub:7930
Əvvəli BURADA

…Gürcüstanın aşağıdan (Cavxetiya) yuxarıya (Abxaziya) deyil, yuxarıdan aşağıya parçalanmasını planlaşdıran Ermənistan rəhbərliyi dolayı yolla ikinci cəbhəni açmış oldu. Bu cəbhə gələcəkdə Cavaxetiya ermənilərinin Ermənistana birləşdirilməsi üçün zəmin hazırlamalı idi. Abxaziyada yaşayan ermənilərin fonunda gürcü erməni münasibətlərinin pisləşməsi, nəticədə Cavaxetiyada da erməni həmrəyliyini gücləndirməli idi.

Strateji baxımdan Ermənistan üçün böyük əhəmiyyət kəsb edən bu planın icrası üçün Gürcüstanın Abxaziya bölgəsində yaşayan erməni vətəndaşları arasında üzdə mədəniyyət və təhsil fəaliyyətlərinin həyata keçirilməsi üçün təxribatçı təşkilatlar formalaşdırılırdı. Yaradılan “Krunk” və “Maştots” təşkilat şöbələri hər ehtimala qarşı iki fərqli istiqamət seçdi. Birinci istiqamət olan, Albert Topolyanın başçılıq etdiyi Krunk təşkilatı, seperatçı Abxaz rejiminin siyasi həyatında daha fəal iştirak etməyə başladı. Təşkilatın Qarabağda olduğu kimi, seperatçı Abxaziya ali sovetinin təşkil edilməsində nümayəndələri vardı. “Kurunk” və onun rəhbəri Topolyan Abxaz yönlü, seperatçı Vladislav Ardzinba tərafdarı idi.

“Krunk”dan fərqli olaraq, Arsen Çakıryan rəhbərliyində Qaqradakı erməni təşkilatı Maştots isə, seperatçı rejimin siyasi həyatına az müdaxilə edirdi. Araşdırmalara görə, gürcü-axaz silahlı qarşıdurmasından öncə iki erməni təşkilatının lideri Qaqrada görüşüb. Tapşırığa əsasən, bölgədəki müharibə səbəbiylə “Kurunk” və “Maştots” tərəfdarları ümumi mövqe göstərməli idi. Albert Topolyanın Krunk təşkilatı erməni əhalisinin abxazlara dəstək verməsini tələb etsə də, Maştots bu cür açıq müxalifətdən imtina edirdi.

Əsas mərkəzi Suxumidə olan “Krunk”dan fəqli olaraq, Qaqra icma rəhbərliyinin Maştots təşkilatı hərbi qarşıdurmada tərəflərin heç birinin yanında iştirak etməyəcəklərini, yalnız erməni diasporunun maraqları qoruyacağını bildirdi.

Bu baxımdan “Krunk” birbaşa açıq təbliğat aparırdısa, Maştots bunu gizli edir, gürcülərlə gələcəkdə münasibətlərin düzəlməsi fonunda müəyyən qədər yer qoyurdu. Təşkilatlar arasında qarşıdurmanın yaranması isə, mövqe münasibəti deyil, Albert Topolyanın bütün icamaya rəhbərliyi ələ almaq istəməsində idi.

Qaqra icması 10 min insanı ətrafında biləşdirməklə, görünüşdə mədəni və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərirdi. Hətta, özünü pərdələmək məqsədilə müxtəlif proqramlarla Ermənistan Mədəniyyət Nazirliyi ilə fəal əməkdaşlıq edirdi. Buna baxmayaraq, Maştots da “Krunk”la yanaşı, Baqramyan batalyonun silahlanmasına və döyüşçü toplanmasına yardım edib. Hətta, Ermənistanın Eçmiədzin kafedralından orduya keşiş göndərilməsini təmin edib.

Abxaziya muxtariyyatı dövründə, ali sovet tərkibində erməni fraksiyasına nəzər salarsaq, onlar həmişə gürcülərə qarşı radikal olublar. Kurunku güc halına gətirməkdə əsas məqsədlərdən biri də regionda gürcülərin yerləşdiyi əraziləri ələ keçirib, burada ermənilərin məskunlaşmasını təmin etmək idi.

“Krunk” erməni mədəni və xeyriyyə cəmiyyəti kimi sosial, hüquqi və digər ictimai sahələrdə erməni icmasına qarşı ayrı-seçkilik fonunda narazı cəmiyyət formalaşdırırdı. Amma, bunun üçün Topolyan təşkilatda çox da əziyyət çəkmədi. Abxaziya bölgəsində yaşayan erməni əhalisinin gürcülərə qarşı düşüncələrinin pisləşməsi uzun illər öncə, gürcü-abxaz silahlı qarşıdurması başlamazdan öncə planlaşdırılıb. Həqiqətən ermənilərin gürcülərə qarşı nifrəti düşünülmüş planın tərkib hissəsi idi.

Baqramyan erməni batalyonunun komandiri Vağarşak Kosyan verdiyi müsahibədə məsələni bu şəkildə etiraf edir: “Ermənilər Abxaziyanın mövqeyini tutdu.Yəni bizim öncədən onlarla çox yaxşı əlaqələrimiz vardı. Türklər əcdadlarımızı öldürür, yoxsullaşanlar qaçırdı. Belə bir vəziyyətdə abxazlar bizi qəbul etdi. Belə ki, onların bizi hərarətlə qarşıladığını xalqın nəsillərinə demək lazımdır. Hər hansı bir vasitə ilə gürcülər erməniləri Abxaziyadan xaric etməyə çalışırdı. Ermənilərin öldürülməsi, hətta dənizə atılması halları vardı. Müharibədən öncə, bizim icma tərəfindən həyata keçirilən çox yaxşı təbliğat proqramı ilə bu əlaqələr hərtərəfli izah olunurdu. Buna görə də, Abxaziyda ermənilər digər mövqedə dura bilmədi. Əks halda mənəvi baxımdan bu mümkün ola bilməzdi. Ermənilər abxazlara dəstək verdi və onlarla birgə işğalçılara qarşı mübarizə apardı. Müxtəlif ölkələrdə yaşayan ermənilər də eyni mövqedən çıxış edirdi: siz bu torpaqlarda yaşayırsızsa, onda siz onu qorumalı və onun xalqı ilə bütün problemləri yaşamağa borclusunuz. Biz Abxaziyanın çətin zamanında onun yanında dayandıq”.



Seperatçı qrumun “xarici işlər naziri” Sergey Şamba da Krunkun fəaliyyətlərini, apardığı təbliğat platformasının gürcülərə qarşı yerli ermənilərdə əks düşüncələr yaratdığını bildirirdi: “Sovet dövründə Tiflisdən Abxaziya üçün tipik müstəmləkə xarakterli siyasət aparılırdı. Biz həqiqətən müstəmləkədə yaşayırdıq. Belə olan halda erməni əhalisi Abxaziyada özünü qərib hesab edirdi. Tiflisin düşüncələrinə görə, ermənilər, o cümlədən abxazlar onların torpaqlarında yaşamamalı idi. Bu torpağın sahibləri yalnız gürcülər sayılırdı. Bu vəziyyətdə, Albert Topolyanın rəhbərlik etdiyi Krunk təşkilatı ortaya çıxdı. Bu təşkilat anti-gürcü mövqeyi tutdu və ermənilərə təbliğatla izah edirdi ki, Abxaziya abxazlar kimi onların da vətənidir. Müharibə başlayanda, bir çox ermənilər vətəni müdafiə etmək üçün silahlandı”.

Təşkilat liderləri oxşar təşkilatlar və erməni diasporu ilə çox sıx koordinasiyada fəaliyyət göstərirdi. Qeyd edildiyi kimi, təşkilat Qarabağdakı bənzər instansiya ilə sinxron çalışırdı. Qarabağdakı Krunk təşkilatı məqsədini rəsmən regionun tarixi onun Ermənistan ilə əlagələrini öyrənmək, eləcə də, tarixi abidələri bərpa etmək olduğunu bəyan etsə də, əslində təşkilat silahlı dəstələr yaratmaq, kütləvi etirazlar və tətillər təşkil etmək ilə məşğul idi. Britaniyalı jurnalist və yazar Tomas de Vaal öz kitabında qeyd edir: “Krunk Qorbaçov dövründə Sovet İttifaqında ilk təşkilat idi ki, tətili siyasi silah kimi istifadə etməyə başladı”.

Abxaziyada yaradılan Krunkun Qarabağla əlaqələrinə baxdıqda təşkilatlarda dil, mədəniyyət, ekologiya və tarixi məsələlərin “işləndiyini” görərik. Əslində təşkilatlar silahlanaraq, Azərbaycan və Gürcüstanda sabitliyin pozulmasına xidmət edib. Təsadüfi deyil ki, Qarabağdakı Krunkun ideoloji bölməsinin rəhbəri Xankəndi ipək fabrikinin partkokomu, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan idi.

S.Şaumyan adına şəhər stadionunun direktoru Ramzik Petrosyan isə “xalq drujinalar”ının təşkil olunması ilə məşğul olurdu. “Drujinaların” ilk fəaliyyətlərindən biri Xankəndində yaşayan azərbaycanlıları qovulması və onların əmlakını talan edilməsi olub. Daha sonra isə, Ramzik Petrosyan “Qarabağ özünümüdafiə qüvvələri” adlanan erməni silahlı dəstələrinin komandirlərindən biri olur.

Birbaş Ermənistana bağlı təşkilat kimi Abxaziyadakı Krunk şöbəsi də bu cür fəaliyyətdə idi. Ermənistanın Azərbaycanla müharibə aparmasına baxmayaraq, erməni rəsmiləri, milli düşüncəli erməni siyasi partiyaları “Krunk”un fəaliyyətinə dəstək verirdilər. Abxaziyada “Krunk”un erməni Baqramyan batalyonunun formalaşması, ermənilərin Abxaz seperatçı mövqeyində toplanması, onun “mədəni-xeyriyyə” cəmiyyəti kimi hansı fəaliyyətləri göstərdiyini aşkar edir.

Artıq Qarabağda müharibənin başlaması ilə erməni təşkilatları yardım dəstəyi toplanmasına başladı. Onlar Azərbaycana qarşı erməni diasporunun vasitəçiliyi ilə silahlar əldə edirdi. Məlumatlara görə, Abxaziyada yerləşən erməni təşkilatları bir müddət Qarabağda azərbaycanlılara qarşı erməni döyüşçülərin toplanması ilə məşğul olub.

Azərbaycanla yanaşı Gürcüstanda da son dərəcə gərgin siyasi vəziyyət yaranmışdı. Abxaz seperatçılarının müstəqillik ideaları ilk qanın tökülməsinə səbəb oldu. 1989-cu ilin iyul ayında baş verən qarşıdurmalar zamanı gürcülər və abxazlar arasında onlarla insan öldü. Abxaziyada yaşayan ermənilər isə öz mövqelərini gözləyirdi. Ermənilərə aydın idi ki, gürcülər və abxazlar arasında baş verən hadisələr tezliklə müharibəyə çevriləcək. Bu baxımdan Krunk müharibəyə hazır idi. Topolyanın təşkilatı abxaz separatçı siyasətini tam dəstəkləyirdi.

Bir vaxtlar “mədəniyyət və təhsil təşkilatı” olan Maştots da iç üzünü açaraq, gizli hərbi təşkilata çevrildi. Qaqranın bütün şəhər yerlərində, küçələrinə, ermənilərin yaşadığı sıx yerlərə məsul şəxslər təyin edildi. Bu şəxslər rayonun bütün əli silah tuta bilən şəxslərinə nəzarət etməli idi. Ehtiyac vəziyyətində həyəcan verilməli və toplaşmaq üçün öncədən yerlər müəyyən edilməli idi.

Belə bir quruluş ekstrimal vəziyyətdə təşkilat üzvlərini sürətlə səfərbər etməli idi. Qarabağdakı Krunkun “xalq drujinaları” modelini əsas götürən ermənilərin məqsədi Qaqrada şəhərin ümumi rəhbərliyini ələ almaq, nəticədə gürcüləri şəhərdən sıxışdırıb çıxarmaq idi. Ermənilər müharibə dövründə nəinki, gürcüləri şəhərdən çıxardı hətta, bütün Abxaziyadan təmizlədi. Hazırda Ermənistan Respublikası Krunkun vahid koordinasiyasını apardığını ciddi cəhdlə inkar edir və Ermənistan Respublikasının qonşu Gürcüstana xəyanət etmədiyini vurğulayır.

Lakin bir sıra araşdırmalar apardıqda məlum oldu ki, 1989-cu ildə Krunk hərəkatının fəalları Ermənistana səfər edib və Ermənistan dini lideri katolikos I Vazgen tərəfindən qəbul edilib. Siyasi partiyalar Erməni İnqilabi Federasiyası (Daşnaksutyun) ilə əlaqələri yaradıb, öz növbəsində Daşnaksutyun da strukturlarını qurmaq üçün Krunka dəstək verib. Məhz bundan sonra Krunk yaradılıb.

Maştotsun Ermənistan Mədəniyyət Nazirliyi tərəfindən hansı gizli əməliyyatlar aparması isə Gürcüstana tam məlumdur. Yaradılan Baqramyan batalyonuna Eçmiədzindən xüsusi xeyir dua ilə keşiş göndərilməsi də yəqin ki, gürcülərə xidmət deyildi. Abxaziyadan Qarabağa, daha sonra əksinə, Qarabağdan erməni döyüşçülərin Abxaziyaya göndərilməsi Ermənistanın bölgədə hansı strategiyanı tutduğunu tam müəyyən edir.

Vaxtilə Azərbaycanda terror-təxribat əməliyyatları ilə yadda qalan Krunk təşkilatının ölkəmizdən xeyli aralı yerləşən Abxaziya bölgəsində şöbələr açması isə bizi təəccübləndirməməlidir. Ermənistan Respublikası, Ümumerməni diasporu və Daşnaksütyunun həyata keçirdiyi “Krunk layihəsi” göründüyü kimi, yalnız Azərbaycanı deyil, qonşu Gürcüstanı da hədəf seçib. Bu baxımdan, Krunk həmin illərdə Ermənistan Respublikasının Cənubi Qafqaz strategiyasının əsas silahı kimi nəzərədən keçirilməlidir.

Şahin QOCAYEV
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti