Bakıda pulsuz attraksion keyfi - FOTOLAR

Bakıda pulsuz attraksion keyfi - FOTOLAR
  02 İyun 2016    Oxunub:8195
Bu gün 1 İyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günündə Dənizkənarı Milli Parkın rəhbərliyi uşaqları sevindirib.

AzVision.az xəbər verir ki, bu münasibətlə bəzi attraksionlar uşaqlar üçün pulsuz olub. Attraksionlar səhər saat 9:00-dan 15:00-a qədər 15 yaşına qədər olan uşaqlara pulsuz xidmət göstərib.



Şəhərdə baş verənləri müşahidə etmək üçün bulvara yollandıq. Attraksionların pulsuz olduğundan xəbər tutuan valideynlər səhər saatlarından bulvara üz tutmuşdular.

Dəniz kənarı Milli Parkda əsl insan izdihamı yaşanırdı. Pulsuz attraksionlardan istifadə etmək üçün valideynlər saatlarda növbədə gözləməli oldular.



“Bu gün uşaqlar bayramıdır. Attraksionların pulsuz olmasına sevinirik. Uşaqlarımız əylənirlər, biz də onlara baxıb sevinirik. Amma bir problem var ki, çox sıxlıqdır, valideynlər arasında narazılıq yaranır. Dəqiqələrlə növbə gözləməli oluruq. Bəzi valideynlər növbəti pozmaq istəyirlər. Bu isə digər valideynlərin narazılığına səbəb olur”-deyə paytaxt sakinləri bildiriblər.



Bəzi valideynlər arasında növbə tutmaq üstündə söz davası da müşahidə olunurdu, attraksion işçilərinin əksəriyyəti növbə yaratmaqda çətinlik çəkirdi.



Attraksionların pulsuz olmasında əsas məqsəd maddi vəziyyəti aşağı olan valideynləri sevindirmək idi. Fürsətdən istifadə edən uşaqlar yaxşıca əylənib, pulsuz atraksionlardan istifadə etdilər.





Fotolar: Elvin Abdulla
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti