Putindən Ərdoğana daha bir jest - Şəkilli boşqab

Putindən Ərdoğana daha bir jest - Şəkilli boşqab
  10 Avqust 2016    Oxunub:4686
Rusiya səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həmkarı Vladimir Putinlə işgüzar nahar masasında əyləşdiyi zaman maraqlı məqam yaşanıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nahar zamanı prezidentlərin qarşısına qoyulan boşqablar diqqəti cəlb edib. Belə ki, hər iki prezidentin qarşısındakı boşqabda öz şəkilləri olub.

Kremlə yaxın mənbənin bildirdiyinə görə bu cür formada olan boşqabların masaya qoyulması nadir hallarda olur. Belə ki, şəkilli boşqablar xüsusi əhəmiyyət kəsb edən şəxslərin şərəfinə masaya qoyulur.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti