Putin siqareti qadağan etdi

Putin siqareti qadağan etdi
  25 Fevral 2013    Oxunub:1678
Rusiya prezidenti Vladimir Putin anti-tütün qanununu imzalayıb. İyunun 1-dən qüvvəyə minəcək qanuna əsasən, ictimai yerlərdə siqaret çəkmək qadağan olunacaq.
Prezident tərəfindən imzalanmış qanun siqarein reklamını və siqaretin ictimai yerlərdə çəkilməsini qəti şəkildə qadağan edir. Eyni zamanda yeni qanun siqaret ilə mübarizədə bir sıra yeni məhdudlaşdırmalar irəli sürür. Hələlik qanunu pozanlar haqqında cərimə nəzərdə tutulmasa da, tədricən qanunun tam tətbiq edilməsinə başlanılacaq.
“Mövcud federal qanun 2008-ci ildə Rusiya Federasiyası tərəfindən təsdiq edilmiş Beynəlxalq Səhiyyə Təşkilatının tütünlə mübarizə üzrə konvensiyasının Rusiya qanunvericiliyində həyata keçirmək üçün qəbul olunub və əhalinin səhhətinin tütün tüstüsündən qorunması sahəsində münasibətləri tənzimləyir” – deyə məlumatda deyilir.


Teqlər:  





Xəbər lenti