Dünyanın ən yaşlı tutuquşusu ölüb

Dünyanın ən yaşlı tutuquşusu ölüb
  01 Sentyabr 2016    Oxunub:2420
Çikaqo heyvanxanasının sakini olan dünyanın ən yaşlı kakadusu ölüb. Onun 83 yaşı vardı.
Bu barədə “Chicago Tribune” qəzeti məlumat yayıb.

Ləqəbi Kuki (ingilis dilindən Cookie – peçenye) olan tutuquşu 1934-ci ildən Çikaqonun Brukfild heyvanxanasında yaşayırdı. Onu təxminən bir yaşında Avstraliyanın Sidneydəki Taronka heyvanxanasından gətirmişdilər.

“Dünyada ən qoca tutuquşusu” kimi 2014-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti