Bu gün onların toyudur: `Mənim kimi adamla evlənmək...`

Bu gün onların toyudur: `Mənim kimi adamla evlənmək...`
  01 Sentyabr 2016    Oxunub:4396
Bu gün tanınmış telejurnalist İradə İsaqın toy mərasimi keçiriləcək.
AzVision.az xəbər verir ki, İradə İsaq tanınmış jurnalist Yaşar İsakovla ailə həyatı quracaq. Toy Bakıda məşhur restoranların birində keçiriləcək.

Telejurnalist İradə İsaq sosial şəbəkədə toy hazırlıqları ilə məşğul olduğunu qeyd edib:

"Bu günü yaradan ömrümə həm doğum, həm düyün günü kimi yazıbmış. Qismətimdəki bəy isə nə gizlədim çox kaprizimə dözüb. Mənim kimi müşgül adama evlənmək təklif etmək özü böyük sevgidən xəbər verir. Bu gündə bir dəfə anam məni bu işıqlı dünyaya gətirmişdi. İkinci baharı bu gündə mənə sən bəxş etmək istədin. İnşallah gözəl, mənalı günlər ömrümüzə yazılar. Yaşar İsakov, adın kimi xoş günlər yaşadarıq bir-birimizə. Tanrı sevənlərimizi qorusun.

Ayrı-ayrı minlərlə mesaja cavab verə bilmirəm. Məlum, bu gün həm də bizim toyumuzdur. Müəyyən hazırlıqlarla məşğulam. Toyumuza uzaqdan-yaxından gələnlərə, doğum günüylə bağlı təbrik mesajı yazanlara, bütün dostlara, tanışlara təşəkkürümü bildirirəm. Minnətdaram əzizlərim. Var olun! Hər an dostlar, doğmalarla, qohumlar, əzizlərlə gözəldir".

AzVision.az


Teqlər:  





Xəbər lenti