İpoteka sahəsində inqilab hazırlanır
“Bizim Yol”un yazdığına görə, hazırda bununa bağlı Mərkəzi Bankın mütəxəssisləri tərəfində müzakirələr aparılır. İpoteka kreditlərinin yeni şərtləri ilə bağlı strategiya ilin sonlarınadək açıqlanacaq.
Ekspertlər modellər üzərində araşdırmalar aparılır. Bu yaxınlarda Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Xəqani Abdullayev gənclərə ipoteka kreditlərinin verilməsi ilə bağlı hökumətə təqdim edilən təkliflərin də müzakirə olunduğunu deyib.
Ekspertlər hələ ki, qeyri-rəsmi açıqlanan yeni qaydalara münasibət bildirmək istəmirlər. Onlar sənədin ictimaiyyətə təqdimatından sonra dəyərləndirmək fikrindədirlər. Hər bir halda, faiz dərəcələrinin aşağı salınmasını və ilkin ödənişin ləğvini müsbət qərar kimi qiymətləndirirlər. Çünki mövcud şərtlərin ağır olması, ipoteka kreditlərinə əlçatanlığı azaldır.
Teqlər: