`Xaç atası`nın evi satılır - FOTOLAR

`Xaç atası`nın evi satılır - FOTOLAR
  07 Sentyabr 2016    Oxunub:7738
Məşhur “Xaç atası” filmindən səhnələrin çəkildiyi ev 195 milyon dollara satışa çıxarılıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Los-Ancelesin qərbində, məşhur Beverli-Hillz rayonu ərazisində 1925-ci ildə inşa edilən evdə gecə klubu və kinoteatr daxil olmaqla altı tikili yerləşir.

Yaşayış kompleksi 28 yataq otağı və 38 sanitariya qovşağından ibarətdir. Villada mənzərəli bağlar, iki tennis kortu, hovuz var.

Mülk son zamanlar ayı 600 min dollara kirayəyə verilib. Onun hazırkı sahibi Leonard Ross tikiliyə görə əvvəlkindən 30 milyon dollar çox pul tələb edir.







AzVision.az




Teqlər:  





Xəbər lenti