iPhone 7 təqdim olundu - Qiyməti 649 dollardır (VİDEO)

iPhone 7 təqdim olundu - Qiyməti 649 dollardır (VİDEO)
  08 Sentyabr 2016    Oxunub:20971
“Apple” şirkəti yeni “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarının təqdimatını keçirib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 Gb “iPhone 7” smartfonunun qiyməti 649 dollar, “iPhone 7” Plus-un qiyməti isə 749 dollardır.

“iPhone 7 Plus”un iki arxa kamerası var. iPhone 7 kamerası 60 FPS, 4K Keyfiyyət ilə bizlərə təqdim edildi. Yeni modellərdə kamera ilə çəkilən şəkillər 50% daha parlaq, fokuslanma isə daha stabil olacaq.

“iPhone 7”nin Ön kamerası 7 MP, arxa kamerası isə 12 MP-dir.

Yeni gadcetləri artıq sentyabırn 9-dan etibarən sifariş vermək olar.



AzVision.az


Teqlər:  





Xəbər lenti