Erkin Qədirli Əli Kərimlinin oğluna `qurban verilib` - TƏHLİL

Erkin Qədirli Əli Kərimlinin oğluna `qurban verilib` - TƏHLİL
  16 Sentyabr 2016    Oxunub:43240
ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında Azərbaycanda insan haqlarının durumu və bunun ABŞ siyasətinə təsirilə bağlı dinləmələrdə əvvəlcə REAL-ın idarə heyətinin üzvü Erkin Qədirlinin çıxış etməsi gözlənilirdi. Amma sonra məlum oldu ki, onu dinləmələrdən kənarlaşdırıblar. Hansı səbəbdən?

Səbəb o idi ki, ölkə daxilində bir qrup Erkin Qədirliyə qarşı “donosbazlığa” başlamış və onlara xaricdən də dəstək verilmişdi. Azərbaycana qarşı çıxışları ilə seçilən bloqqer Ani Vandaryan bununla bağlı yazdığı tvitdə qeyd edirdi ki, “Niyə bu panelə Azərbaycandan seksist, homofob, ikrah doğuran Erkin Qədirli daxil edilib – bu, sirrdir”.



Bəs REAL-ın əsas simalarından birinin “seksistliyi, homofobluğu, ikrah doğurması” nədə imiş? Tezliklə məlum oldu ki, müxalif bloqqer Əli Novruzov guya Erkin Qədirliyə məxsus olan “Ermənistan prezidenti Sərkisyana siçan zəhəri verib, öldürmək lazımdır” tipli fikirləri, həmçinin cinsi azlıqlara qarşı yazdıqlarını ingilis dilinə tərcümə edərək, yayımlayıb. Sonra bu materiallar Erkin Qədirlinin “homofob və seksist” olması haqqında digər faktlarla birlikdə tədbirin təşkilatçılarına göndərilib.
Maraqlıdır, doğrudanmı Qədirlinin tərcümə edilib, dünyaya çıxarılacaq başqa heç bir fikri yox idi!?

Erkin Qədirlinin özü buna çox sərt reaksiya verir:



Əlbəttə, aydındır ki, Qədirlinin həmin fikirləri deyib-deməməsindən asılı olmayaraq, onların məhz indiki məqamda tərcümə edilib yayımlanması qətiyyən təsadüfi deyil və onu “vurmaq” məqsədi daşıyır. Bunu Qədirlinin özü də başa düşmüşdü.



Amma əsas sual odur ki, REAL-ın liderlərindən birinin “vurulmasını” təşkil edən `bir qrup alçaq` (ifadə Erkin Qədirliyə məxsusdur) kimlərdir? Əli Novruzovun “təşəbbüskarlığını”, atasını yenicə itirən Günel Mövludun aqressiv şəkildə anti-Erkin kampaniyasına qoşulmasını (O, Azadlıq Radiosu üçün yazdığı məqalədə Erkin Qədirlini çox sərt şəkildə ölkə daxilidə bir cür, xaricdə başqa cür görünməyə çalışmaqda ittham edir) nəzərə alsaq, təbii ki, ağla ilk gələn bu dəstənin “xaç anası” Xədicə İsmayıl olur. O, tədbirin təşkilatçıları ilə də sıx münasibətdədir və özü də internet vasitəsilə dinləmələrə qatılmışdı.



Amma bütün kartlar tam şəkildə dinləmələr keçirilən gün açıldı – məlum oldu ki, Erkin Qədirlini dinləmələrdə Əli Kərimlinin oğlu Türkel Kərimli əvəz edib.

Bundan sonra hər şey aydın oldu ki, Erkin Qədirlinin dinləmələrdən kənarlaşdırılıb, yerinə Türkel Kərimlinin salınmasını Əli Kərimli təşkil edib və ilanı da Seyid Əhmədin əlilə tutub. Seyid Əhməd rolunu isə bu dəfə Xədicə İsmayıl və onun şəbəkəsi oynayır. Bu yerdəcə qeyd edək ki, elə Ani Vandaryan da Tvitterdə Əli Kərimli - Xədicə İsmayıl şəbəkəsinə tez-tez dəstək olur, onların fikirərini paylaşır.



Şübhəsi qalanlar bu məqamın üzərində düşünsünlər: lap tutaq ki, Erkin Qədirli hansısa səbəbdən dinləmələrə buraxılmayıb; yaxşı, niyə onu məhz çıxışını kağzdan oxuyan gənc və siyasi işlərdə tamamilə təcrübəsiz Türkel Kərimli əvəz etməli idi? Axı müxalifət düşərgəsində Erkin Qədirlini daha effektiv əvəzləyə biləcək xeyli insan var! O sadə səbəbə görə ki, oyun lap əvvəldən buna hesablanmışdı: Erkin Qədirli donosbazlıqla “vurulur” və Türkel Kərimli ilə əvəzlənir.

Başqa sözlə desək, REAL-ın İdarə Heyətinin üzvü AXCP sədrinin müxalifətdə varislik yaratmaq cəhdinə qurban gedib. Əgər Əli Kərimli bütün müxalifət üçün daha faydalı ola biləcək təcrübəli fiquru özünün kağıza yazılmış çıxışı oxuyan oğul balası ilə əvəzləyirsə, bunun başqa adı yoxdur. Axı kağıza yazılmış çıxışı istənilən adam gedib orada oxuya bilərdi!

Tariyel Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti