Obama Misir zorakılığını ittiham etdi

Obama Misir zorakılığını ittiham etdi
  16 Avqust 2013    Oxunub:1079
ABŞ prezidenti Barak Obama Misirdə nümayişçilərə tətbiq olunan zorakılığı qınayıb.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Obama Misirdəki vəziyyətlə əlaqədar növbəti aya planlaşdırılan birgə hərbi təlimi təxirə salıb.

ABŞ prezidenti bildirib ki, güc tətbiq etmək siyasi məsələnin həlli yolu deyildir. Qeyd edək ki, Obama bu açıqlamanı Mursi tərəfdarları ilə müxalifət qüvvələri arasında baş verən qarşıdurmada 525 nəfərin öldürülməsindən sonra edib. Belə ki, “Müsəlman Qardaşlar”ın üzvləri Qahirədə hökumət binasını yandırıb. Misirin Səhiyyə Nazirliyi ölüm sayının 525 nəfər olduğunu açıqlayıb, lakin bu sayın artma ehtimalı olduğu bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti