Almaniyanın ən məşhur partiyası “ekstremist” adlandırıldı

   Almaniyanın ən məşhur partiyası “ekstremist”  adlandırıldı
  02 May 2025    Oxunub:633
Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarə (Almaniya əks-kəşfiyyatı) “Almaniya üçün Alternativ (AfD)” partiyasını rəsmi olaraq sağçı ekstremist təşkilat kimi tanıyıb.
AzVision.az xəbər verir ki, Federal qurum bununla bağlı müvafiq bəyanat yayıb.

“Bu gündən Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarə “Almaniya üçün Alternativ (AfD)” partiyasını təsdiqlənmiş ekstremist struktur kimi təsnif edur. Partiyanın fəaliyyəti ekstremist xarakter daşıyır və insan ləyaqətinə hörmətsizlik nümayiş etdirir”, - məlumatda vurğulanır.

Qeyd edək ki, aprelin 4-5-də “İpsos” şirkətinin apardığı seçkilərin nəticələrinə əsasən, sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası tarixdə ilk dəfə olaraq Xristian Demokrat İttifaqıvə Xristian Sosial İttifaqı (XDİ/XSİ) blokunu üstələyərək Almaniya siyasi partiyalarının reytinqində birinci yeri tutub.

Bundestaqa növbəti seçkilərin keçiriləcəyi təqdirdə kimə səs verəcəkləri barədə rəyi soruşulan 1000 nəfərdən 25%-i AfD-ni, 24%-i isə mühafizəkarları dəstəkləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: AfD   "ekstremist"  





Xəbər lenti