Parisdə 1 May nümayişi zamanı qarşıdurma olub

Parisdə 1 May nümayişi zamanı qarşıdurma olub
  01 May 2025    Oxunub:716
Parisdə təxminən 100 min insanın iştirak etdiyi 1 May nümayişində etirazçılarla polis arasında toqquşmalar baş verib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, nümayişçilərə qoşulan bir neçə nəfər iğtişaş törədib.

Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə etməklə cavab verib.

Xuliqanların banklardan birinin filialını dağıtdığı da qeyd edilir. Bir neçə nəfər saxlanılıb.

BFMTV telekanalı polisin məlumatlarına istinadən 13 nəfərin həbs edildiyini açıqlayıb.

Daha əvvəl Paris polisinin prefekti Loran Nunyes bildirmişdi ki, paytaxtın 1 May nümayişində 2 mindən çox asayiş keşikçisi təhlükəsizliyi təmin edir.

AzVision.az



Teqlər:





Xəbər lenti