Gimnastika yığmamız Avropa kubokunun qalibi oldu

Bədii gimnastlarımızın çıxışı 24,700 balla qiymətləndirilib.
İkinci yerə Ukrayna (24,350), üçüncü yerə isə İtaliya (24.000) layiq görülüb.
Beş lentli kompozisiyada qrup komandamız beşinci (19.750) yeri tutub. Yarışda İtaliya (24,900) qızıl, Estoniya (22,000) gümüş, Bolqarıstan (21,950) isə bürünc medala sahib çıxıb.
Azərbaycan komandası “Cross Battle” formatında keçiriləcək çoxnövçülük üzrə finala da çıxıb.
Qeyd edək ki, Avropa kuboku mayın 4-də başa çatacaq.
AzVision.az
Teqlər: