“Perplexity” də WhatsApp-a gəldi

    “Perplexity”  də WhatsApp-a gəldi
  02 May 2025    Oxunub:1012
Artıq “Perplexity” neyroşəbəkəsindən “WhatsApp”da istifadə etmək mümkündür. Bunun üçün əvvəlcə ya http://wa.me/18334363285 səhifəsinə keçməli, ya da +1 (833) 4363285 nömrəsi vasitəsilə Süni İntellekti kontaktlar siyahınıza əlavə etməlisiniz.
Qeyd edək ki, “Perplexity” standart funksiyaları (suallara cavab vermək, şəkil çəkmək və s.) ilə yanaşı həm də araşdırma aparanlar üçün optimal neyroşəbəkə sayılır. Çünki bir qayda olaraq, cavabları götürdüyü mənbələri də göstərir.
Çindən yeni Süni İntellekt

“Perplexity” WhatsApp-da kənar fayllarda da işləməyi bacarır. Məsələn, ora sənəd (kitab) yükləyib, qısa məzmununu çıxarmasını xahiş etmək olar. Bu yazıya əlavə etdiyimiz şəkli də elə "Perplexity" WhatsApp-da çəkib.

Qeyd edək ki, “Microsoft” şirkətinin “Copilot”, Open AI-ın isə “Chat GPT” neyroşəbəkələrinin də WhatsApp hesabları var. İlon Maskın “Grok”u isə “Telegram” kanalından istifadə edir.

Samir Quliyev
AzVision.az


Teqlər: Süni-İntellekt  





Xəbər lenti