Rusiya və ABŞ Antraktidada Hitlerin gizli bazasını axtarırlar – TAM MƏXFİ

Rusiya və ABŞ Antraktidada Hitlerin gizli bazasını axtarırlar – TAM MƏXFİ
  28 Dekabr 2016    Oxunub:16716
Vostok gölü Antraktida buzlarının altında mövcud olan 140-dan çox gölün ən böyüyüdür. Qitənin buz təbəqəsinin mərkəzi hissəsində yerləşir. Həmin ərazidə buz qatı dəniz səviyyəsindən 3488 metr yüksəklikdə, göl isə buzun 4000 metr dərinliyindədir. Bu isə o deməkdir ki, göl dəniz səviyyəsindən 500 metr aşağıda yerləşir.

Andrey Kapitsa tərəfindən 1959-64-cü illərdə kəşf edilmiş gölün suyu 15-27 milyon ildir ki, planetin təbiətindən təcrid olunmuş durumdadır. Buna görə də orada unikal mikroorqanizmlərin mövcud ola biləcəyi güman edilir. 2012-ci ildə 20 illik dəlmə prosesindən sonra bir qrup rus araşdırmaçı 3.768 metrlik dərinliyə enərək, gölün səthinə çatdıqlarını bəyan etmişdilər.

Vostok gölü ilə bağlı 1950-ci illərdə Andrey Kapitsanın başlatdığı tədqiqatı 1974-cü ildə İsveç davam etdirmişdi. 1996-cı ildə isə Rusiya-Britaniya araşdırma qrupu yenidən gölü öyrənməyə başladı. 1990-cı ildə Rusiya, Fransa və ABŞ alimlərindən ibarət qrup “iqlim araşdırmaları “adı ilə gölü yenidən analiz etməyə başladırlar. 2013-cü ildən bəri çalışmalar davam etməkdədir.

Bəzi ölkənin elm adamları Rusiyanın Vostok gölünə enə bildiyinə inanmır və bunu sübut edəcək ciddi faktlar tələb edirlər. Məsələn, amerikalı okeanoqraf Mahlon Kennikut bildirib ki, "Rusiyanın gördüyü işlə bağlı bu qədər səssiz açıqlama məni təəccübləndirdi. Açıqlama verən mənbənin adı belə bəlli deyil. Bunun real olduğuna inanmaq çox çətindir".



Montana Universitetinin ekoloqu Con Prisku isə deyir ki, Rusiyanın Vostok gölünə çatıb-çatmaması mövzusunda kifayət qədər çoxlu spekuliyasiya var. Rəsmi bir açıqlama isə yoxdur.

Hitler Almaniyasının Vostok gölü ilə əlaqəsi

2012-ci ildə göldə aparılan araşdırmalara fərqli prizmada yanaşan rus mətbuatının iddia etdiyinə görə, əsl məqsəd Hitler Almaniyasının göldəki gizli bazasını aşkarlamaq olub. Bəzi dairələr ABŞ və Britaniya tədqiqatçılarının bacara bilmədiyi işi rusların bacardığını irəli sürərək, təqribən 1938-39-cu illərdə III Reyx tərəfindən Antarktikada inşa edilmiş məxfi bazanı tapdıqlarını iddia edirlər.

Bu fərziyyəyə görə, İkinci Dünya müharibəsinin sonuna yaxın nasist Almaniyasından xüsusi komanda Cənub Qütbünə gedərək, Vostok gölündə hərbi baza yerləşiblər. 1943-cü ildə nasist Almaniyasının donanma admiralı Karl Dönitz belə bir ifadə işlətmişdi: "Sualtı donanmamız Fürer (Adolf Hitler) üçün dünyanın o biri ucunda keçilməz bir qala inşa edə bildiyi üçün qürur duyuram". III Reyxin donanma arxiv sənədlərində qeyd olunan faktlara görə, almanların müttəfiqlərə 1945-ci ilin may ayından təslim olmasından aylar sonra bir “U-530” sualtı qayığı Kil limanından Cənub Qütbünə yola düşüb. Digər “U-997” sualtı qayığı isə Adolf Hitler ilə sevgilisi Yeva Braunun DNT materiallarını Antarktidaya aparıb. Məqsəd Hitlerlə ilə sevgilisini orada klonlaşdırmaq olub. Qeyd etmək lazımdır ki, Adolf Hitler özü də zamanında insan klonlaşdırılması üzrə araşdırmalarla yaxından maraqlanırdı.



Arxivlərdən bəllidir ki, ABŞ 1946-cı ildə Antraktidada III Reyxin gizli bazasını tapmaq üçün xüsusi axtarışlar başladıb. Axtarışlara bütün gərəkli texnika ilə təchiz olunmuş 17 gəmi çıxarılıb. Həmin ekspedisiyanın rəhbəri Riçard Evelin Berd uzun illər sonra, ölümündən bir az əvvəl hər kəsi təəccübləndirən açıqlamalar verib: “Biz "Annenerbe"nin bazasına baxış keçirdik. Mən orada bir anda yüz kilometrlərlə məsafə qət edə bilən uçan aparatlar gördüm. Onlar çox nəhəng idilər, hamısı disk formasında idi. Uçan boşqabları və orada olan cihazları ABŞ-a gətirdik”.

Ruslar da öz növbəsində II Dünya Müharibəsindən sonra Antraktida missiyasını həyata keçirdən sualtı qayıqların daha sonra Argentinanın Mar-del-Plata limanına gedərək, müttəfiqlərə təslim olduğuna inanırlar.

Rusiya hərbi tarixçisi Dimitri Filippova görə, Hitler Almaniyası Piri Rəisin xəritəsindən faydalanaraq, Antraktidada UFO bazası qurmağı bacarmışdı. Həmin tarixi xəritə əsasında 1938-1939-cu illərdə buzlu qitəyə Rixter ekspedisiyasını təşkil edən nasist elm adamları bölgədə şirin su mənbələri də kəşf etməyə nail olmuşdular. İddiaya görə, Antraktidaya "Şvabiya" adını verən almanlar buzlaqların altında elmi və hərbi baza qurmuşdular.

Bəzi qaynaqlara görə, Berlinə daxil olan SSRİ və ABŞ qoşunları nasist sirrlərinin izinə düşmüşdülər. Amerika kəşfiyyatı Antraktidada alman hərbi bazasının olması barədə gizli sənədlər ələ keçirmişdi.



Əlbəttə, əks fikirlər də var ki, nasistlər heç vaxt Antraktidada hərbi baza qurmayıblar, bu haqda deyilənlər şayiədən başqa bir şey deyil. Almaniyanın "Focus" nəşri iddia edir ki, Almaniyadan Vostok gölünə sualtı qayıqların getməsi, üstəlik Adolf Hitlerin klonlaşdırılması cəhdi ilə bağlı deyilənlər konspriloji nəzəriyyədən başqa bir şey deyil.

Lakin bir faktı da unutmamaq lazımdır ki, ABŞ, Britaniya və Rusiyanın arxivlərində III Reyxlə bağlı çox ciddi sirrlər hələ də qorunmaqdadır. Hər üç ölkə bu sirrləri 2044-cü ilə qədər açmamaq haqda razılığa gəlsələr də, güman ki, bu, baş verməyəcək. Reyxin sirrlərinin belə gizli tutulması özlüyündə müəyyən haqlı şübhələrə yol açmaqdadır.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti