Sabah şəxsi maşınlardan az istifadə edin - DYP-dən xəbərdarlıq - (VİDEO)

Sabah şəxsi maşınlardan az istifadə edin - DYP-dən xəbərdarlıq - (VİDEO)
  11 May 2017    Oxunub:3343
IV İslam Həmrəyliyi Oyunlarının açılış günü - 12 may tarixində paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq, digər yollarda isə hərəkət istiqaməti dəyişdiriləcək.
Bunu AzVision.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

Qurum rəsmisi bildirib ki, “10-cu zavod dairəsi”ndən Heydər Əliyev prospekti ilə aeroport istiqamətində, Olimpiya stadionu və ona bitişik küçə, prospektlər üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.

“Keçiriləcək möhtəşəm tədbirin təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərə müraciət edirik ki, şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər. Daha çox ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik. Tədbirə qatılmaq istəyənlər isə yaradılan şəraitdən maksimum yararlana bilərlər”-deyə DYP rəsmisi müraciət edib.


Anar Kəlbiyev
AzVision.az


Teqlər: DYP   Yol   Maşın   Hərəkət   İslamiada  





Xəbər lenti