Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO

   Polşa Rusiyanı yanğında ittiham edir  - VİDEO
  12 May 2025    Oxunub:506
Varşavanın “Marywilska 44” ticarət mərkəzində 2024-cü il mayın 12-nə keçən gecə baş verən yanğın Rusiya xüsusi xidmət orqanları səbəb olub.
AzVision.az xəbər verir ki, Polşanın Ədliyyə naziri Adam Bodnar və Daxili İşlər naziri Tomaş Semonyak bu barədə rəsmi bəyanat səsləndiriblər.

“Hazırda toplanmış sübutlara əsasən bilirik ki, yanğın Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə yandırma nəticəsində baş verib. Yanğınların törədilməsi qaydası və gedişatı, həmçinin hadisəni törədənlər tərəfindən necə sənədləşdirildiyi barədə dərin məlumatımız var. Onların fəaliyyəti Rusiyada yerləşən daimi şəxs tərəfindən təşkil və idarə edilmişdir. Cinayətkarların bir neçəsi artıq saxlanılıb, qalanlarının şəxsiyyəti müəyyən edilib və axtarılır”, - bəyantda deyilir.

Daha sonra Polşanın baş naziri Donald Tusk da yanğını törətməkdə Rusiya xüsusi xidmət orqanlarını ittiham edərək bütün əli olanları cəzalandıracağına söz verib.

- İndi biz dəqiq bilirik ki, Varşavanın “Marywilska” ticarət mərkəzində baş verən güclü yanğının səbəbi Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə yandırma olub. Cinayəti törədənlərdən bəziləri artıq saxlanılıb, qalanlarının hamısı müəyyən edilib və axtarışa verilib. Hamınızı tapacağıq!, – Polşa hökumətinin başçısı özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Xatırladaq ki, həmin yanğın nəticəsində ticarət mərkəzi tamamilə yanıb. 5 saatdan çox davam edən yanğın 63 min kvadratmetr ərazini əhatə edib, 1400-ə yaxın icarəçinin köşkləri və malları yanıb. Hadisədən dərhal sonra mütəxəssislər yanğının qısa müddət ərzində çox geniş ərazini əhatə etdiyini və bunun təsadüfi yanğın üçün qeyri-adi olduğunu bildiriblər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Polşa   Rusiya   yanğın  





Xəbər lenti