Netanyahu Qətərə nümayəndə heyəti göndərəcək

Netanyahu Qətərə nümayəndə heyəti göndərəcək
  12 May 2025    Oxunub:420
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın xüsusi elçisi Stiv Vitkoffla danışıqlardan sonra Qəzza üzrə danışıqlar aparan nümayəndə heyətinin mayın 13-də Qətərə göndərilməsi barədə göstəriş verib.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin baş nazirinin ofisi məlumat yayıb.

Məlumatda deyilir ki, görüşdə baş nazir Vittkoff tərəfindən təklif olunan girov müqaviləsinin həyata keçirilməsi üzrə son səyləri müzakirə edib.

Martın 18-nə keçən gecə İsrail Fələstinin HƏMAS hərəkatına və yanvarın 19-dan atəşkəsin qüvvədə olduğu Qəzza zolağına hücumlara qarşı hərbi əməliyyatını bərpa edib.

AzVision.az



Teqlər:





Xəbər lenti