Bakıda klassik avtomobillərin yürüşü - FOTOLAR

Bakıda klassik avtomobillərin yürüşü - FOTOLAR
  27 Avqust 2017    Oxunub:9689
Avqustun 26-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçirilib.

Tədbirdə 1980-ci ilədək istehsal olunmuş 150-dən çox klassik avtomobil iştirak edib.
Bunlar yürüş üçün qeydiyyatdan keçən şəxsi avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzində nümayiş etdirilən Klassik avtomobil sərgisinin eksponatlarından ibarət nəqliyyat vasitələri olub.

Yürüşdə Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, təhsil naziri Mikayıl Cabbarov, tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Yürüşdə iştirak edən ən qədim avtomobil 1937-ci ildə istehsal edilən "Opel Olimp" avtomobili olub.

Müxtəlif illərin istehsalı olan ayrı-ayrı markalı avtomobillər Bakı küçələrində nostalji hisslər yaradaraq yürüş ediblər.

Klassik avtomobillər Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb və şəhərin mərkəzi küçələri ilə yürüş etdikdən sonra Mərkəzin parkında sərgilənib.

Klassik avtomobillərin yürüşü və sərgisi paytaxtımızın sakinləri ilə yanaşı, şəhərimizin qonaqlarında da unudulmaz təəssüratlar yaradıb.

Yürüşdən sona Heydər Əliyev Mərkəzinin parkında, həmçinin müxtəlif yaş qrupları üçün əyləncə proqramları, çərpələng festivalı və konsert təşkil olunub.























AzVision.az


Teqlər: Avtomobil   Yürüş  





Xəbər lenti