Qəzetlərimiz bu gün nədən yazır ?

Qəzetlərimiz bu gün nədən yazır ?
  01 Mart 2013    Oxunub:2203
Bizim Yol

Vətəndaş cəmiyyətindən Prezidentə müraciət

Bir qrup QHT rəhbəri prezident İlham Əliyevə müraciət ediblər. Məlumata görə, müraciəti imzalayan QHT sədrləri bildiriblər ki, Milli Məclis fevralın 15-də “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətinə ciddi problemlər yarada biləcək əlavə və dəyişiklikləri qəbul edib. Müraciət müəllifləri prezidentdən bu dəyişiklikləri imzalamamağı xahiş ediblər.

Leriklilər icra başçısına 10 gün vaxt verdilər

Bu yaxınlarda Lerik Cabir Ənsar türbəsinin və Qarabağ şəhidlərinin uyuduqları qəbirstanlığın 10-15 metrliyində kanalizasiya anbarlarının tikilməsi bizim mənəviyyatımıza hörmətsizlikdir. Halbuki həmin kanalizasiya anbarları indiki yerdən 2 kilometr aralıda tikilməli idi. Mənəviyyatımıza, dinimizə və şəhidlərimizə edilən bu hörmətsizliyə bizlər etirazımızı bildirməliyik. Lerik İcra Hakimiyyətinə 10 gün vaxt veririk ki, bu tikintini dayandırsın. Əgər bu tikintinin inşası davam edərsə, Lerikdə kütləvi etirazlara səbəb olacaq.


Gündəlik Bakı

ABŞ səfiri müxalifət partiyalarının liderləri ilə görüşüb

Riçard Morninqstar bir sıra müxalifət partiyalarının liderləri ilə görüş keçirib. ABŞ səfirinin dəvəti ilə keçirilən görüşdə Azərbaycanda insane haqları, korrupsiya halları, həbsdə olan siyasi partiya funksionerləri, iqtidar-müxalifət münasibətləri, president seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət və başqa aktual məsələlər müzakirə edilib.


Yeni Müsavat

Əkrəm Əylislinin oğlu barədə maraqlı faktlar

Yazdığı qalmaqallı “Daş yuxular” romanına görə xalq yazıçısı adından məhrum edilmiş Əkrəm Əylislinin oğlu İlyas Naibov-Əylisli barədə diqqətçəkən məlumat əldə etmişik. Məlumatımıza görə, İlyas Naibov-Əylislinin CV-si ötürülüb. Bu sənəddə diqqətçəkən məqam İ.Naibov-Əylislinin 1999-2001-ci illəri əhatə edən fəaliyyətilə bağlıdır. CV-də göstərilir ki, İ.Naibov-Əylisli qeyd olunan müddət ərzində məşhur "Procter and Gamble" şirkətində Azərbaycan, Gürcüstan və Ermənistan üzrə təmsilçi vəzifəsində çalışıb. Maraqlıdır ki, İ.Naibov-Əylislinin CV-sində onun ana dili kimi rus dili göstərilib.

Gülər Əhmədovanın çevrəsi daralır

Hazırda həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın Türkiyədəki yaxın adamı kimi adı çəkilən Səlcuq Ağlayan həbs edilib. Məlumata görə, Türkiyə polisi S.Ağlayanı dələduzluqda ittiham edərək onun həbsi barədə qərar verib. S.Ağlayan adı qalmaqallı videolarda G.Əhmədova ilə birlikdə hallandırılan, daha sonra Türkiyədə gizlənərək vəfat edən Sevinc Babayevaya saxta sənəd təmin etməkdə, ona qalmaq üçün mənzil kirayələməkdə ittiham edilir.

Rövnəq Abdullayev 640 milyon dollarlıq işi öz adamlarına verdi

Türkiyənin “Tekfen İnşaat ve Tesisat A.Ş” şirkəti Bakıdakı Olimpiya Stadionunun tikintisi ilə bağlı ARDNŞ-lə müqavilə imzaladığını bəyan edib. Şirkət 68 min nəfərlik stadionun tikintisi ilə bağlı tenderin qalibidir. Açıqlamada layihənin ümumi dəyərinin təxminən 640 milyon dollar, icra müddətinin 24 ay olduğu, tikintinin 2015-ci ilin martında tamamlanacağı bildirilir. “Tekfen İnşaat”ın səhmlərinin 50 faizi ARDNŞ-in nəzarətindədir. Yəni ARDNŞ dövlət vəsaitləri hesabına inşa ediləcək stadionunun tikintisini özünün nəzarətində olan şirkətə həvalə edir, nəticədə layihə ilə bağlı şəffaflıq ciddi şübhə altına alınır. Belə ki, ARDNŞ isə birinci dəfə deyil ki, bu cür böyük layihələri “öz adamlarına” - “Tekfen İnşaat”a verir. ARDNŞ-in bir-birinin ardınca onunla bağlılığı və birbaşa asılılığı olan şirkətə bu cür iri layihələri verməsi qanunların açıq şəkildə pozulmasıdır. İqtisadçı ekspertlərin hesablamalarına görə, xarici ölkələrdə bu qiymətə iki belə stadion tikirlər.


Azadlıq

Deputatdan nazirə istefa çağırışı

Məqalədə qeyd olunur ki, Milli Məclisin Təhlükəsizlik Komitəsinin üzvü Zahid Oruc deyir ki, əgər bir nazirliyin 6-7 nəfər tibbi sosial ekspert komissiyasının rəhbəri həbs olunaraq, hər biri müxtəlif əlillik dərəcəsinin verilməsindəki korrupsiya qalmaqalına görə cəzalandırılırsa, heç şübhəsiz, bu, həmin nazirlikdəki işin yarıtmaz təşkili və vətəndaşlar qarşısında məsuliyyətin yerinə yetirilməməsi, beynəlxalq təcrübənin əhəmiyyətli şəkildə öyrənilməməsinin nəticəsidir.


Gündəm Xəbər

ABŞ-da Azərbaycanla bağlı gizli seçki müzakirələri

Azərbaycanda bu il keçiriləcək prezident seçkisi ilə bağlı ABŞ-da gərgin müzakirələr aparılır. Müzakirələrdə ABŞ-ın məşhur KBR şirkəti, Yəhudi lobbisi və çox maraqlıdır ki, Azərbaycanın SOCAR şirkəti iştirak edirlər. Müzakirələr əsasən ABŞ höküməti və Dövlət Departamenti ilə aparılır. Mənbə bildirir ki, aparılan müzakirələrdə hansı məsələlərin müzakirə olunduğu barədə onda dəqiq məlumat olmasa da, ABŞ-ın məşhur KBR şirkətinin Azərbaycanda keçiriləcək prezident seçkisi müzakirələrinə qoşulması çox maraqlıdır. Belə ki, neft və qaz biznesi ilə məşğul olan dünyaca məşhur KBR şirkəti Azərbaycanda neft sektorunda çox az saylı layihələrdə iştirak etsə də, bir çox neft ölkələrində demək olar ki, əsas payçılardandır.


Zerkalo

Автор романа «Каменные сны» не собирается покидать Азербайджан

Отечественные СМИ все еще продолжают уделять большое внимание автору нашумевшего романа “Каменные сны” Акраму Айлисли. Напомним, опубликованный в декабре прошлого года на страницах журнала “Дружба народов” роман вызвал крайне негативную реакцию “в различных кругах общества”. Айлисли был лишен звания “Народный писатель” и президентской пенсии, а его сын и супруга были уволены с работы. А.Айлисли также был предан проклятию главой Управления мусульман Кавказа Аллахшукюром Пашазаде. После публикации “Каменных снов” многие политические и общественные деятели требовали изгнания Акрама Айлисли. Его сын Наджаф Айлисли заявил, что его отец не собирается покидать Азербайджан

Представители ОБСЕ посетили семью Ильгара Мамедова

Представители бакинского офиса ОБСЕ посетили семью арестованного лидера движения REAL Ильгара Мамедова. Между тем сам председатель движения REAL, находящийся в следственном изоляторе в Кюрдаханы, подготовил обращение в Европейский парламент и Конгресс США. Он призывает запретить выдачу виз и применить материальные санкции к лицам, причастным к фабрикации политического уголовного дела с целью отстранения его от участия в президентских выборах как кандидата от REAL. Для не знающих напомним: список Магнитского – это составленный в США список российских чиновников и сотрудников правоохранительных органов, которые предположительно причастны к гибели в СИЗО аудитора инвестиционного фонда Hermitage Capital Сергея Магнитского. Отсутствие в Азербайджане “списка Магнитского” политолог Зардушт Ализаде связывает со слабостью гражданского общества и оппозиции.






Teqlər:  





Xəbər lenti