Mirzoyan və Araqçi son günlər ikinci dəfə telefonla danışıblar

Mirzoyan və Araqçi son günlər ikinci dəfə telefonla danışıblar
  22 Noyabr 2024    Oxunub:280
Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyan ilə Abbas Araqçi həftə ərzində ikinci dəfə telefonla danışıblar.
"Həmkarım ilə telefon danışığında gündəlikdəki mövzulara, o cümlədən vətəndaşlara əlavə fayda gətirə biləcək sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə toxunduq", - Mirzoyan X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, son vaxtlar İran gömrüyündə xarici dövlət nömrə nişanlı yük maşınları üçün dizel yanacağının qiymətinin kəskin artması erməni sürücüləri üçün ciddi problemə çevrilib.

Bundan əvvəlki telefon danışığı noyabrın 14-də olub. İran XİN rəhbərinin Telegram kanalında yaydığı məlumata görə, həmin vaxt söhbət zamanı erməni nazir İrəvan və Tehran arasında regional hadisələrlə bağlı məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd edibmiş.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti