Zaxarovaya brifinqdə raketdən danışmamaq əmri verildi -VİDEO

 Zaxarovaya brifinqdə raketdən danışmamaq əmri verildi   -VİDEO
  21 Noyabr 2024    Oxunub:291
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın keçirdiyi briffinq zamanı maraqlı hadisə yaşanıb.
XİN rəsmisinə zəng edən şəxs ondan birbaşa olaraq brifinq zamanı ballistik raket zərbəsi mövzusunu şərh etməməyi xahiş edib. Mətbuat konfransı Rusiya Xarici İşlər Nazirliyi tərəfindən yayımlanıb.

Rusiya Dnepri qitələrarası ballistik raketlə vurdu - VİDEO
Kadrlarda Zaxarovaya zəng gəlməsi və kiminsə ona vacib mesaj çatdırması əks olunub. Canlı davam edən brifinqə baxmayaraq Zaxarova həmin şəxsə dərhal cavab verib.

Naməlum şəxsin səsi mikrafona düşüb və o deyib ki, “Biz onların danışmağa başladığı ballistik raket hücumunu şərh etmirik”. Zaxarova zəng edən şəxsə təşəkkürünü bildirib və sualları cavablandırmağa davam edib.

Qeyd edək ki, noyabrın 21-i səhər saatlarında rus qoşunları müxtəlif tipli raketlərlə Dnepr şəhərinə hücum edib. O cümlədən, Rusiya Federasiyasının Həştərxan vilayətindən qitələrarası ballistik raket buraxılıb. Ukrayna mediası qitələrarası ballistik raketin düşmə anını əks etdirən görüntüləri yayıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   XİN   Raket  





Xəbər lenti