Braziliya rəsmisi : Meşələrin qorunması yalnız milli maraq deyil, qlobal məsuliyyətdir
Raoni Rajao Braziliyanın meşələrin qorunması sahəsində əldə etdiyi uğurlar, milli siyasətlərin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşüb. O bildirib ki, meşələrin qorunması yalnız Braziliya və digər ölkələr üçün deyil, həm də bütün dünya üçün həyati əhəmiyyət daşıyır:
“Qarşımızda böyük çətinliklər var. Meşələrin qlobal miqyasda qorunması üçün güclü milli siyasətlər və siyasi iradə vacibdir. Resursların səfərbərliyi çox önəmlidir, lakin əgər inkişaf siyasətlərimizdə meşələrin qırılmasının qarşısının alınması və qorunması əsas prioritet deyilsə, irəliləyiş əldə etmək çətin olacaq. Son illərdə Braziliya bu sahədə böyük səylər göstərib. Yeni administrasiya sayəsində Amazon meşələrində meşə qırılması səviyyəsi 45 faiz azalıb”, - deyə o qeyd edib.
O əlavə edib ki, bu uğur Braziliyanı COP30 ərəfəsində meşələrin qorunması mövzusunda lider mövqeyinə gətirib. Raoni Rajao həmçinin Azərbaycanın bu sahədə Braziliya ilə sıx əməkdaşlığını yüksək qiymətləndirib.
AzVision.az
Teqlər: