“İnstagram”ın aylıq auditoriyası 800 milyonu ötüb

“İnstagram”ın aylıq auditoriyası 800 milyonu ötüb
  27 Sentyabr 2017    Oxunub:3665
“İnstagram” şəbəkəsinin aylıq auditoriyası 800 milyonu ötüb.
Məlumata görə, hazırda sosial şəbəkəyə hər ay 800 milyondan çox insan daxil olur, xidmətin gündəlik auditoriyası isə 500 milyonu ötüb.

“Facebook”un marketinq həlləri üzrə vitse-prezidenti Kerolin Everson məlumatı təsdiqləyib. Bildirilib ki, “İnstagram” 5 ay ərzində öz auditoriyasını 100 milyon artırıb. Aktiv elan verənlərin sayı isə 2 milyonu ötüb.

AzVision.az


Teqlər: İnstagram  





Xəbər lenti