Bakı metrosunun ilk qatarı qəzaya uğrayıbmış

Bakı metrosunun ilk qatarı qəzaya uğrayıbmış
  16 Oktyabr 2017    Oxunub:4176
1967-ci ilin oktyabrın 16-da Bakı metrosunda ilk qatar xəttə çıxıb.
AzVision.az “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu barədə maraqlı məlumat paylaşıb.

Qurum rəsmisi bildirib ki, 3529-3530-3538 nömrəli 3 vaqondan ibarət olan qatar sınaq məqsədi daşıyırdı:

“Maşinist Nağı Nağıyev və köməkçisi Genadi Semyonovun idarə etdiyi qatar 05:05-də depodan çıxaraq bütün stansiyalarda ("Nəriman Nərimanov, "Gənclik, "28 May", "Sahil", "İçərişəhər") dayanmaqla "Bakı Soveti" stansiyasına doğru irəliləyib. Sınaq qatarının sürəti 15 km/saat olub”.

N.Paşayevin sözlərinə görə, elə həmin gün qatar qəzaya uğrayıb:

“Qatar 28 aprel (indiki 28 may) stansiyasını keçdikdən sonra dayanıb. Araşdırma zamanı məlum olub ki,tuneldə çalışan işçilərdən kim isə hermetik qapı reduktorunun qapağını İMB yeşiynin üstünə qoyub. İşini başa vurduqdan sonra, qapağı yerinə bağlamağı unudub. Qatar həmin yerə yaxınlaşanda titrəmə nəticəsində qapaq yeşiyin üzərindən birinci vaqonun altına düşüb. Nəticədə qatar yoldan çıxıb. Həmin gün axşama kimi qəzanın nəticələri aradan qaldırılıb. Sonrakı günlərdə bir neçə dəfə sınaq reysləri uğurla həyata keçirilib”.

O, qeyd edib ki, səhlənkarlıq edən işçi töhmət alıb.

AzVision.az


Teqlər: “BakıMetropoliteni”   Metro  





Xəbər lenti