Ermənistandan SEPAH komandanına CAVAB

Ermənistandan SEPAH komandanına CAVAB
  04 Mart 2013    Oxunub:1596
Möhsün Rzayinin Qarabağla bağlı açıqlaması İranda qarşıdan gələn Prezident seçkilərində namizədliyi ehtimalı ilə bağlıdır
Bir müddət öncə İran İslam Respublikası Quruluşunun Məsləhətçi Şurasının katibi, Ermənistan-Azərbaycan müharibəsi dönəmində SEPAH-ın komandanı olan Möhsün Rzayinin Qarabağ müharibəsi ilə bağlı açıqlamasına Ermənistandan cavab gəlib. AzVision.az-ın məlumatına görə, Ermənistanın Panorama saytı Rzayinin İranda qarşıdan gələn Prezident seçkilərində namizədliyi ehtimalı ilə bağlı olduğunu iddia edib. Panorama həmçinin Möhsün Rzayinin dediklərinə kölgə salmaq üçün onun İranda keçən seçkilərdə yalnız 2 faiz səs topladığını da önə çəkib.

Eyni zamanda sayt iddia edir ki, Bakıda da hakimiyyətə yaxın mənbələr, millətçilər və anti-İran qüvvələr bu ifşaçılıqları əsassız qələmə verməyə və ya Qarabağ müharibəsində şəhid olan iranlıların azəri olduqlarını iddia etməklə onların guya “Vahid Azərbaycan” ideyası uğrunda şəhid olduqlarını önə çəkməyə çalışırlar.

Qeyd edək ki, Möhsün Rzayi açıqlamasında “Şəxsən göstəriş vermişdim ki, Qarabağ didərginlərinin vəziyyəti dərhal araşdırılsın və Azərbaycan Respublikası ordusunun ixtiyarına hərbi təchizatlar və hərbi sursat verilsin. Hətta, Azərbaycan Silahlı Qüvvələrinə hərbi təlimlərin keçirilməsi haqda da göstəriş vermişdim”-deyə, qeyd edib.

SEPAH-ın keçmiş komandanı Qarabağ müharibəsində çoxlu sayda iranlının da şəhid olduğunu və onların məzarlarının Bakıda yerləşdiyini bildirib. Möhsün Rzayi qeyd edib ki, Qarabağ İslam torpağıdır və sülhsevər yollarla Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilməlidir.





Teqlər:  





Xəbər lenti