Gürcüstan kənar kanalların təsirini bağlayır

Buraya mühazirələr, seminarlar və ictimaiyyətlə açıq qarşılıqlı əlaqənin digər formaları daxildir.
Hökumətin razılığı olmadan qrant almaq üçün cərimə qrantın özünün həcmindən iki dəfə çox məbləğ təşkil edəcək. Hakimiyyət təmsilçilərinə hər bir xarici maliyyələşdirməni nəzərdən keçirmək və təsdiqləmək üçün 10 gün vaxt veriləcək. Bununla belə, imtinadan şikayət vermək onun təsirini dayandırmır. Qanunlara əməl olunmasına nəzarət üçün Korrupsiyaya Qarşı Mübarizə Bürosu məsuliyyət daşıyır.
Bununla belə, sözügedən sənəd bir sıra istisnaları nəzərdə tutur. Xüsusilə, beynəlxalq idman təşkilatlarından maliyyələşmə üçün dövlət icazəsi tələb olunmayacaq. Həmçinin, istər ali, istərsə də orta ixtisas təhsili müəssisələrində ölkədən kənarda təhsil almaq üçün heç bir təsdiq tələbi qoyulmur. Şəxsi təqaüdlərə də təsdiq edilmədən icazə verilir.
Gürcüstan hökuməti dəyişikliklərin dövlət qurumlarını xarici müdaxilədən və sabitliyin pozulmasından qorumaq məqsədi daşıdığını vurğulayırlar.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Gürcüstan təsirlər qadağa