Azərbaycanda əfvlə yanaşı böyük amnistiya gözlənilir - (VİDEO)

Azərbaycanda əfvlə yanaşı böyük amnistiya gözlənilir  - (VİDEO)
  31 Yanvar 2018    Oxunub:10584
Azərbaycanda növbəti əfv sərəncamının imzalanması ilə yanaşı böyük amnistiya aktının verilməsi gözlənilir.

Bu barədə AzVision.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Hüquq müdafiəçisi hesab edir ki, növbəti əfv sərəncamı və amnistiya aktı ilə daha çox məhbus azadlığa çıxacaq:
“Əfv və amnistiya daha çox insanı əhatə edəcək və bütün təbəqələrdən olan məhbuslara şamil olunacaq. Bu humanist addımın Novruz bayramı və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində atılmasını gözləyirik”.



Qeyd edək ki, ötən gündən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının keçirilməsinə başlanılıb. Ümumilikdə indiyə qədər komissiyaya 1000-dək müraciət daxil olub.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Əfv   Amnistiya   Novella-Cəfəroğlu  





Xəbər lenti