Kirpibalığının möcüzəvi dairələri -VİDEO

Kirpibalığının möcüzəvi dairələri -VİDEO
  04 Oktyabr 2013    Oxunub:1529
AzVision.az The Christian Science Monitor-a istinadən xəbər verir ki, Hələ 1995-ci ildə Yaponiya dalğıcları rastlarına çıxan bu qəribə dairəvi naxışların kimin düzəltdiyin öyrənmək istəyiblər
Qeometrik dairələr Yaponiya sahilləri boyu hər yerdə qarşına çıxa bilirdi. Bəziləri tərəfindən mistik qəbul edilən bu dairələrin artıq kim tərəfindən edildiyi 10 ildən də çox vaxt keçdikdən sonra məlum oldu və budur... bu gözəl dairələrin müəllifi yeni tapılmış kirpibalığının olduğu müəyyənləşdi. Araşdırmalar zamanı məlum olub ki, erkək kirpibalıqları bu gözəl cizgiləri əks cinsin nümayəndələrin cəlb etmək üçün çəkir. Onlar torpağın üstündə rəqs edərək sənət əsərlərin yaradır.

Balıq 12 sm uzunluğunda olmasına baxmayaraq çəkdikləri dairələrin diametri 2 metrə çatır. Dairə başa çatandan sonra dişilər gəlir və balaca sənətkarın işinə qiymət verirlər. Xoşlarına gəldiyi təqdirdə cütlük olmağa razı verirlər. Amma dişilərin bu dairələrdə nə axtardığın və nəyə daha çox qiymət verdiyin heç kim bilmir.

Cütləşmənin unikallığı bunulada bitmir. Məsələ burdadır ki, dişi balıq öz yumurtaların dairənin ortasına qoyur və çıxır gedir. Qəhrəman ata yumurtaları altı gün boyunca qorumaqla məşğul olur. Yapon alimləri süni şəkildə dairəni düzəldərək təəcübləndirici bir fakta daha rast gəliblər. Original dairədən 2-dəfə balaca olmağına baxmayaraq müəyyən olunmuşdu ki, dairənin forması dəniz suyunun sürətini ortaya doğru 25 faiz azldır. Bu da yumurta olan mərkəzdə yumurtalar üçün ideal temperatur yaradır.




Teqlər:  





Xəbər lenti