Köhnə şəkillərdəki qüssənin sirri - FOTO

Köhnə şəkillərdəki qüssənin sirri - FOTO
  06 Oktyabr 2013    Oxunub:10874
Kədər dolu köhnə şəkillərin SİRRİ araşdırılıb.
Yəqin siz də 19-cu əsrə aid olan köhnə şəkillərdə insanların gülümsəməməsinin şahidi olmusunuz. Bu şəkillərə baxdıqda yüz il bizdən öncə yaşayan insanların üzlərində hansısa ciddi, sərt ifadənin səbəbini demək çox çətindir. Lakin buna baxmayaraq, onların solğun üzlərindən bəzi ifadələri, hissləri başa düşmək mümkündür.

1. Uzun müddət gözləmə

Yəqin ki, bir çoxunuz qədimi filmlərdə insanların necə şəkil çəkdirməklərinin şahidi olmusunuz: apparat qarşısında tərpənmədən keçən dəqiqələr. Şəkil çəkdirmək üçün ilk belə bir cihaz 1839-cu ildə Fransada peyda olmuşdu. Burada fotoqraf qarşısında 15 dəqiqə tərpənmədən dayanmaq lazım gəlirdi. Lakin zamanla fotoqrafiya texnikasının inkişaf etməsi ilə ilə bu dəqiqələr 1 dəqiqəyə endirildi. Lakin bu zaman da şəkilin dəqiq alınması üçün hərəkət etmədən dayanmaq lazım gəlirdi. Çox güman ki, uzun müddət gözlədikdə üzdə süni təbəssümü qoruyub saxlamaq elə də asan deyil.

2. Şəkillər çox nadir və baha idi

Əvvəldən 1860-cı illərə qədər bütün texniki imkanlara baxmayaraq, şəkil çəkmək sırf professionalların işi idi. O dövrdə şəkil çəkdirməyin dəyəri o qədər də ucuz deyildi və dəbdəbə əlaməti hesab edilirdi. Buna görə bu dövrün insanları ömürləri boyu cəmi bir neçə şəkil çəkdirə bilirdi. Ola bilsin ki, insanlar belə hesab edirdilər ki, bu tip hadisələr üçün belə ciddi üz ifadəsi gərəkdir. 20-ci əsrin əvvəllərində şəkil çəkmək proseslərinin asanlaşdırılması ilə şəkillərdə xoşbəxt və gülümsəyən üz ifadələrinin də sayı artdı.

3. Pis dişlər

Son nəzəriyyə ondan ibarətdir ki, o dövrdə insanlar heç də yaxşı vəziyyətdə olmayan dişlərə sahib idilər və buna görə də gülümsəməyi sevmirdilər. 1800-cü illərdə stomatoloji xidmətlər çox baha idi və geniş yayılmamışdı. Dişlərə plomb qoyulması və yaxud diş kanallarının təmizlənməsi hələ mövcud deyildi. Pulpit, kariyes, sınmış dişlərə sahib olanlar dodaqlarını bir-birinə sıxaraq şəkil çəkdirməyə üstünlük verirdilər.

Qalereya




Teqlər:  





Xəbər lenti