Yaşlı müəllimlər işdən çıxarılmayacaq

Yaşlı müəllimlər işdən çıxarılmayacaq
  11 Oktyabr 2013    Oxunub:1755
Azərbaycanda bir çox dövlət qurumları yaşı 65-ə çatan bəzi əməkdaşlarla yollarını ayırsa da bunun istina halları mümkündür. Zəruri hallarda yaşı ötən işçiləri müqavilə əsasında vaxtını uzatmaq olar. Təhsil nazirliyi müəllimlərlə bağlı belə bir qərar qəbul edib. Yeni qərara əsasən yaş həddi çatan pedaqoqlar məcburi şəkildə pensiya göndərilməyəcəklər.
Çünki, onların məcburi qaydada işdən uzaqlaşdırılması məktəblər müəllim çatışmazlağının yaranmasına səbəb olub. Əsasən rayon və kəndlərdə müəllim sarıdan əziyyət çəkən məktəblərin qarşılaşdığı problemi aradan qaldırmaq üçün Təhsil Nazirliyi mövcud qərara bəzi dəyişikliklər edib.

AzVsison.az Ans -ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov ehtiyac olacağı təqdirdə yaş həddini aşmış müəllimlərin fəaliyyətlərinə davam etməsini mümkün sayır: “Əgər həmin məktəbdə pensiyaya göndəriləcək müəllimin fənnindən müəllim çatışmırsa, onda o müəllim işində saxlanıla bilər. Yəni ehtiyac bu müəllimə həqiqətən də yaranarsa, onun pensiyaya göndərilməsi ola bilməz”.

Amma köhnə qaydalardan fərqli olaraq, 65 yaşı tamam olan müəllimlərlə məktəb müqavilə əsasında əməkdaşlağını davam etdirəcək. Yəni, təhsil idarələri müəllimlə bir illik müqavilə bağlamaqla onların məktəbdə fəaliyyətlərinin davam etdirilməsini təmin edəcək.

“Lazım gələrsə, bu müqavilənin müddəti il-ildən uzadalıcaq. Həm də o müəllimin keyfiyyətləri, o fənni yetərincə tədris edə bilməsi də nəzərə alınacaq” - deyə Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov bildirib.

Təhsil Nazirliyi bu dəyişikliyi gələn tədris ilindən tətbiq etməyi planlaşdırır.


Teqlər:





Xəbər lenti