Uzunburun pinokio kərtənkələsi yaşayır

Uzunburun pinokio kərtənkələsi yaşayır
  11 Oktyabr 2013    Oxunub:7339
AzVsison.az `The Christian Science`-ə istinadən xəbər verir ki, nəsli kəsilmiş hesab edilən uzunburun pinokio kərtənkələsi 50 ildən sonra gözlənilmədən müşahidəçilərin qarşısına çıxıb.
Uğurlu tapıntı Ekvador meşələrinin şimal-qərb dərinliklərində baş verib. Oxşar burunlarına görə adı məşhur nağıl qəhrəmanından götürülən kərtənkələ elmə 1953-cü ildə məlum olub. Daha sonra 1960-2005-ci illər arasında heç gözə dəyməyən bu təbiət möcüzəsi `pinokio anole` (anole kərtənkələ növüdür) kimi də tanınır. Ornitoloq onu sadəcə meşədə cığırı keçərkən sezib. Gecə ovçusu olan kərtənkələləri müşahidəçilər gündüz vaxtı ümumiyyətlə axtarmır. Bu insan və pinokio kərtənkələsinin 2005-ci ildən bəri üçüncü görüşüdü.


Teqlər:





Xəbər lenti