Azərbaycanlı tələbələrlə görüş

Azərbaycanlı tələbələrlə görüş
  16 Oktyabr 2013    Oxunub:1525
Cari ilin oktyabr ayında Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov Vrotslav Universitetinin İnformatika İnstitutunda azərbaycanlı tələbələrlə görüşüb.
AzVsison.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumata görə, görüşdə Polşa Universitetlərində təhsil alan 25 azərbaycanlı tələbə ilə yanaşı Polşa, Ukrayna, Almaniya, Rusiyadan tələbələr və İnstitutun müəllim heyəti iştirak ediblər.

Görüşdə Polşa Universitetlərində təhsil alan azərbaycanlı tələbələr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu haqında təqdimat ediblər. Sonra Polşada təhsil alan azərbaycanlı tələbələrin yaratdığı Azərbaycanlı Gənclərin Təşəbbüs Qrupunun təqdimatı edilib və qısa müddət ərzində Qrupun əldə etdiyi nailiyyətlər haqda iştirakçılara ətraflı məlumat verilib.

Azərbaycanlı tələbələr bildiriblər ki, 2013-cü ilin sonuna qədər AYPU (Polşada Azərbaycan Gənclər Birliyi - Azerbaijani Youth Union in Poland) təşkilatının təsis olunması nəzərdə tutulub.

Səfir Həsən Həsənov tədbir iştirakçılarına Azərbaycan-Polşa diplomatik əlaqələrinin yaranma tarixindən danışıb və hər iki xalqın övladlarının ölkələrimizin tarixində qoyduqları izlər haqda məlumat verib.

Səfir AR Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son 10 ildə əldə etdiyi nailiyyətlər və əhalinin sosial rifahının qaldırılması yönündə görülmüş işlərdən danışıb.

Azərbaycanda iqtisadi inkişafın, tolerantlığın və siyasi sabitliyin əsasında Prezident İlham Əliyev tərəfindən aparılan düzgün siyasətin durduğunu iştirakçılara bildirilib. Çıxışın sonunda səfir Həsən Həsənov tələbələrə hər bir Azərbaycanlı gəncin ölkəmizi öz tərbiyəsi, əxlaqı, savadı və vətənpərvərliyi ilə təbliğ etməsinin vacib olduğunu vurğulayıb.

Tədbirin sonunda səfir Həsən Həsənov Polşada təhsil alan bir qrup Azərbaycanlı tələbəni güclənən və inkişaf edən Azərbaycanın uğurlarını Polşada təbliğində verdikləri töhfəyə görə, AR Polşadakı Səfirliyi tərəfindən təsis olunmuş Azərbaycan-Polşa diplomatik əlaqələrinin yaranmasının 540 illiyinə və bərpasının 20 illiyinə həsr olunmuş xatirə medalları verib.


Teqlər:





Xəbər lenti