Rusiya miqrantlarla bağlı yeni addım atır

Rusiya miqrantlarla bağlı yeni addım atır
  23 Oktyabr 2013    Oxunub:1171
2014-cü ildə Rusiya Federasiyası Federal Miqrasiya Xidməti qeyri-qanuni miqrantlar üçün 81 xüsusi mərkəz istismara verəcək.
Azvision.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə açıqlama ilə FMX-nin rəhbəri Konstantin Ramadonovski çıxış edib.

Onun sözlərinə görə, mərkəzlərin tikilməsi və cihazların alınması regional büdcələrin hesabına həyata keçiriləcək. Ramadonovski həmçinin 2013-cü ildə Moskvada Qalyanova laqeri tipində illeqal miqrantlar üçün müvəqqəti geniş mərkəzlərin yaradılmasına qarşı olduğunu bildirib. O, yeni mərkəzlərdə hər şeyin bütün beynəlxalq standartlara cavab verəcəyini açıqlayıb.

Bundan əlavə, FMX-nin rəhbəri həmçinin miqrantlar tərəfindən törədilən cinayətlərin statistikasına toxunub. O xatırladıb ki, Moskvada cinayətlərin 52%-i moskvalılar, 48%-i isə kənardan gələnlər tərəfindən törədilir. İkincilərin içərisinə isə həm miqrantlar, həm də ki, ölkənin müxtəlif regionlarından paytaxtda axın edənlər nəzərdə tutulur. Xarici vətəndaşların isə payına ümumi cinayətlərin 20%-i düşür.


Teqlər:





Xəbər lenti