İkisi uşaq 5 nəfəri öldürüb, intihar etdi
AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, şübhəli şəxs – 27 yaşlı Brayan Suett Qrinvud şəhəri yaxınlığındakı evlərdən birində qətl hadisələri törədib.
“GWD Today” portalı isə xəbər verir ki, insanlar birinci girov götürülüb.
Hadisə yerinə polis işçiləri və onunla danışıq aparan şəxs gətirilib. Lakin cinayətkardan cavab gəlmədikdə xüsusi təyinatlı polis dəstəsi (SWAT) binaya daxil olub və altı meyit aşkar edib.
Həlak olanlar arasında iki uşaq var.
Hadisənin digər təfsilatları barədə xəbər verəcəyik.