Hadi Rəcəbli icra başçılarından şikayətləndi
Deputat eyni zamanda yerli icra hakimiyyətlərini bu məsələdə ittiham edərək deyib ki, icra başçıları 500 nəfərlik imam ehsanı, iftar süfrələri üçün və lazımsız digər tədbirlər üçün pul tapa bilirlər. Lakin uşaqların istirahəti bu qədər vəsait tapmırlar.
“Onlar unutmamalıdırlar ki, uşaqlar bizim gələcəyimizdir. Onlar üçün lazım olan vəsaiti tapmalıdırlar. Moldova, Ukrayna və digər bizdən zəif olan ölkələr uşaqların istirahəti üçün vəsait tapa bilirlər, ancaq biz buna pul tapa bilmirik”.
Hadi Rəcəbli onu da bildirib ki, yeni qanun layihəsini hazırlanarkən 20 ölkənin təcrübəsindən istifadə olunub. “Moldova, Ukrayna və digər bizdən zəif olan ölkələr uşaqların istirahəti üçün vəsait tapa bilirlər, ancaq biz buna pul tapa bilmirik”.
Sevinc İltifatqızı