İmran Cəfərzadədən xəbər var

İmran Cəfərzadədən xəbər var
  07 Noyabr 2013    Oxunub:1563
Nabran “Village Holiday" istirahət mərkəzində hovuzda çimərkən iki ayağını itirmiş İmran Cəfərzadənin Azərbaycan nə vaxt qayıdacağı barəsində heç bir məlumat yoxdur.
Hazırda İmranın müalicəi davam edir. Bu barədə AzVision.az-a İmran Cəfərovun xalası Əzizə Baxşıyeva açıqlama verib:

“İmranın vəziyyəti normaldır. Reabilitasiya üçün Drezdenə aparacaqlar. 3 həftəlik reabilitasiya olunacaq. 10 gün olar ki, sağ ayağında növbəti dəfə əməliyyat aparılıb.”

Xatırladaq ki, İmran Cəfərzadə iyulun 21-də Xaçmaz rayonunda yerləşən "Nabran Holiday Village"in hovuzunda təhlükəsizlik üçün nəzərdə tutulmuş qoruyucu barmaqlıq olmadığından nasos sisteminə düşüb. Nəticədə iki yaşlı oğlan sağ ayağının dizdən aşağı hissəsini və sol ayağının dabanını itirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti