AzVision-16 I "Casus"lar, PUA və "Pikap" patriotizmi VİDEO

    AzVision-16 I "Casus"lar, PUA və "Pikap" patriotizmi   VİDEO
  24 Sentyabr 2020    Oxunub:15296
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik proqram formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Xoş gördük hamını – dostları da, dost olmayanları da, bizi söyənləri də, öyənləri də, virtual döyənləri də... Həftənin birinci yarısının sosial şəbəkə prizmasından görünən gündəmini müzakirə edəcəyik. Bunun üçün də həmişəki kimi sosial şəbəkə fəalı, bloger Demə Qoq bizimlə olacaq.



1. Siyah Siyahı

Demə Qoq:

- Bəlkə, özün də daxil olmaqla, Rusiyaya işləyən 76 nəfərin ifşa olunmasından danışasan? Mən bir həftədir ki, səbirsizliklə onu gözləyirəm e... Cavab ver görək, o, nə siyahı idi elə?! Şpion olmusunuz?!

- O, idiotimzin şkalası idi. 100 ballıq şkalada 76 bal. Deməli, hörmətli yazıçımız Çingiz Abdullayevin – heç nəyə baxmayaraq, mən onu çox sevirəm,- Dronqo adlanan bir xəfiyyə obrazı var. Bu Dronqo superxəfiyyədir. Amma hara gedirsə, ona deyirlər: “Ya vas znayu, vı - Dronqo”.
Və yaxud, Ceyms Bond hara gedirsə, araqla martininin “Shaken, not stirred" kokteylini içə-işə özünü təqdim edir: "Bond, James Bond".
Demək istədyim odur ki, belə şeylər bədii təxəyyüldə olur. Real həyatda casusluq, xüsusi xidmət fəaliyyəti belə qurulmayıb. Belə şey olmur ki, günlərin birində hansısa 10-cu dərəcəli saytda agentlərin siyahısı dərc edilsin. XX əsrin kəşfiyyat tarixi son dərəcə maraqlıdır, çünki iki güclü xüsusi xidmətin bütün planetdə qarşıdurması şəratində keçmişdi. Oxuyun və görəcəksiniz ki, bir kəşfiyyat o birinə işləyən adamların siyahısını əldə etmək üçün nələrə gedir, hansı vəsaitləri xərcləyir, necə qurbanlar verir. Burada isə bir səhər girirsən sayta və budur – 76 agent birdən ifşa olunub. Topdan və pərakəndə. İdiotizm. Özü də kimlər! Axı o siyahıdakı adamlar Rusiyanın nəyinə lazımdır ki, hələ onları bir əməkdaşlığa da cəlb eləsin?!
Məsələnin mahiyyəti aydındır: Rusiyada müxalif saytlardan biri hökumətin gördüyü işləri şübhə altına almaq üçün guya onu ifa etməyə çalışıb. Və Rusiyada nə vaxtsa hansısa tədbirlərə qatılan nə qədər adam olubsa, sadəcə, adlarını bir yerə yazıb, vəssalam. Halbuki, biz o tədbirlərdə iştirak etdiyimizi heç vaxt gizlətməmişik, feysbukda şəkillər paylaşmışıq, statuslar yazmışıq. Yəni gəlib özümüzdən soruşsalar, daha geniş məlumat verərdik. Ümumiyyətlə, Azərbaycan reallığına azca bələd olan istənilən adam reallığa bundan qat-qat yaxın siyahı tuta bilərdi.

2. PUAtonnnan!..

Demə Qoq:

- Yaxşı, bir halda ki, kəşfiyyatdan başladıq, onda keçək ermənilərin Pilotsuz Uçan Aparatının Şəmkirə qədər gəlməsinə. Bu, necə ola bilər? Niyə onu vaxtında vura bilməyiblər? Bəlkə elə bomba daşıyırdı, gətirib, başımıza salacaqdı?

- Son vaxtlarda sosial şəbəkədə virusoloqların azalmasına sevinirdik, amma qəfildən hərbi ekspertlərin sayı kəskin şəkildə artdı ki, bu da lap pisdir. Məncə, təzədən virusa qayıdaq.
Hamı düşünür ki, erməni PUA-sını harada, necə, nə vaxt vurmaq lazım olduğunu hava hücumundan müdafiə sistemimizin peşəkar zabitlərindən daha yaxşı bilir. Həmin PUA taktiki xarakterli olub. Yəni real vaxt rejimində videomüşahidə aparmaq, yerdəki obyektlərin yerləşməsini, hərəkətini izləmək üçün nəzərdə tutulub. Cəbhə xəttində, aydındır ki, bu informasiya hədəflərə dəqiq artilleriya zərbəsi vurmaq üçün lazımdır. Amma ərazinin dərinliyində, mülki yaşayış məntəqəsinin üzərində taktiki PUA nə axtarırdı? Bax, bu, çox vacib sualdır. Güman ki – əlbəttə, bu, bir ehtimaldır,- həmin taktiki PUA-nın məhz nəyi öyrənmək istədiyini dəqiqləşdirmək üçün bir qədər qabağa buraxa bilərdilər.
Biz bilirik ki, ermənilər Azərbaycan ərazisində yeni təxribatlara hazırlaşırlar. Amma bunlar nə təxribatdır, harada olacaq? Əgər taktiki PUA gələcək təxribatların hazırlanmasında istifadə olunmaq üçün informasiya toplamaq məqsədilə ərazimizə daxil olmuşdusa, onun bir qədər irəlilməsinə imkan verməklə həmin planların istiqamətini müəyyən etmək olardı. Amma təbii ki, ciddi informasiya toplamasına imkan verməmək üçün çox qabağa buraxmaq da düzgün deyildi. Ona görə, məhz müəyyən qədər irəli uçmasına imkan verib, sonra vurublar. Amma əlbəttə ki, bu, bir ehtimaldır. Biz belə şəraitdə verilən informasiyalarla qane olmalı və heç nəyi dövlətimizin, Ordumuzun əleyhinə yozmamalıyıq.
Bu yerdə mənim yadıma yaxın keçmişin məşhur bir hadisəsi düşdü. 1987-ci il mayın 28-də Matias Rust adlı 18 yaşlı bir gənc almanın idarə etdiyi “Sessna-172 Skayhouk” təyyarəsi Moskvanın düz mərkəzinə - Kremlin qabağında Qırmızı Meydana eniş edir. Ağlasığmaz bir şey idi! Bu necə olur ki, bir uşağın sürdüyü yoluq bir təyyarə dünyanın hərbi cəhətdən ən qüdrətli dövlətinin sərhədini pozub, paytaxtının düz mərkəzinə qədər gəlir, amma hava hücumundan müdafiə sistemi heç nə edə bilmir?!
Vüsal Məmmədov Report Media Məktəbində: “Tanınmış imza özü bir iş yeridir”

Əlbəttə, belə şeyi hətta təsəvvürə gətirmək də mümkün deyil. Elə isə, necə olmuşdu ki, Matias Rust SSRİ-nin nəinki sərhədini pozmuş, hətta basa-basa Qırmızı Meydana qədər gəlmişdi? Bu sualın hələ də cavabı yoxdur. İndiyə qədər də jurnalistlər bu haqda yazır, təhlil edir, araşdırır, versiyalar irəli sürürlər, amma heç də həmişə hər sualın dəqiq cavabı bilnmir – bununla barışmaq lazımdır. Nə bilmək olar, bəlkə də həyatın gözəlliklərindən biri də məhz elə cavabsız sualların varlığındadır?!

Demə Qoq:
- Sən bu çürük fəlsəfəni özün üçün saxla. Bizə isə cavablar lazımdır. Dəqiq, aydın. Çünki biz bilməliyik ki, ölkədə nə baş verir, hökumət nə etmək istyir, nəyə hazırlaşır. Məsələn, niyə camaatı səfərbərliyə çağırırlar? Əgər müharibə olacaqsa, dəqiq desinlər, işimizi bilək də.

- Əvvəlcə onu deyim ki, bilməməyin fəlsəfəsinə yanaşmanla razı deyiləm. Biz insanlar mütləq hər şeyi bilmək istəyir, bilmədikcə rahatlıq tapmır, buna görə də həyatımızı zəhərləyirik. Çox vaxt məhz buna görə müxtəlif dinlərin, sektaların, siyasi qrupların, avantüristlərin toruna düşürük. Amma özünə bilməmək lüksünü rəva görmək böyük və mənalı həyat fəlsəfəsidir. Nə isə, qayıdaq müharibəyə.

3. Savaş hazırlığı, yoxsa apofeniya?

Müharibənin olacağı haqda fikirlər haradan qaynaqlanır? Ötən şənbə günü Azərbaycan prezidenti Cənab İlham Əliyev ilk dəfə belə bir fikir səsləndirdi ki, əgər təxribatlar davam etsə, Azərbaycan Ordusu Ermənistan ərazisinə girə bilər:
- Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Mənə gün ərzində dəfələrlə məlumat verilirdi. Mənim bir sözümlə Azərbaycan Ordusu keçib oturacaqdı Ermənistanın ərazisində. Amma getmədik. Biz məsuliyyətli ölkəyik. Bu, birincisi. İkincisi, bizim hələ ki, Ermənistan ərazisində hər hansı bir məqsədimiz yoxdur. Ancaq əgər bu təxribatlar davam etsə, əlbəttə ki, biz öz siyasətimizə yenidən baxacağıq.

Bu açıqlamadan sonra daha iki erməni təxribatı baş verdi, ardınca ehtiyatda olan hərbi vəzifəli vətəndaşlar təlimlərə çağırıldılar. Daha sonta pikap tipli maşınlarının qeydiyyata alınması başladı. Və bütün bunları ard-ada düzəndə belə bir nəticə çıxır ki, demək, müharibə başlayır. Bu, belədirmi?
Biz hamımız sözsüz ki, müharibənin başlamasını istəyirik. Çünki Ermənistan rəhbərliyinin həyasız, sırtıq davranışları hamımızın əsəblərinə, milli qüruruna toxunur və hər birimiz çox isəyirik ki, onların cavabı verilsin. Əminəm ki, bunu dövlətin rəhbərliyi bizdən də çox istəyir. Amma müharibəyə çayxana strateqlərinin “Əşşşşi, hücuma keçək, ya ölək, ya öldürək, bu məsələni birdəfələk həll edib, qurtaraq da” məntiqilə başalamaq olmaz. Bu, çox ciddi, dərin təhlillərin, tayminqin, düzgün məqam seçməyin nəticəsində olmalıdır. Belə məqam ancaq çox böyük həcmdə informasiyanın düzgün və dərin təhlili nəticəsində seçilməlidir. Məhz son 3-4 gündə müşahidə etdiyimiz ardıcıllıq isə apofeniya da ola bilər.

Demə Qoq:
- Deyəsən, atı atın yanında bağlamaq məsələsidir axı səninki. İndi Erkin Qədirli ilə oturub bir stəkan çay içmisən deyə, qəliz-qəliz sözlərlə baş-beynimizi aparacaqsan? Apofeniya nədir e? Normal adam dilində danış da.

- Baş üstə. Açırıq “Vikipedia”nı və oxuyuruq: "Apophenia (/æpoʊˈfiːniə/) is the tendency to mistakenly perceive connections and meaning between unrelated things". Apofeniya - əlaqəsi olmayan şeylərin arasında yanlışlıqla əlaqə qurmaq və nəticələr çıxarmaq meylidir. Yəni tamamilə mümkündür ki, ilk baxışdan əlaqəli görünən hadisə və faktların arasında reallıqda heç bir səbəb-nəticə bağlılığı yoxdur, onların düzülüşü tamamilə təsadüfən belə alınıb. Böyük ehtimalla, son günlərin hadisələr ardıcıllığından “müharibə olacaq” nəticəsini çıxarmaq məhz apofeniyadır, amma bu, o demək deyil ki, müharibə olmayacaq. Gec-tez mütləq olacaq. Və bu cür hadisələr bizə imkan verir ki, gələcək savaşa hərtərəfli hazırlaşaq, təkcə qarşıdakı deyil, içimizdəki düşmənləri də tanıyıb, nəticələr çıxaraq. Kimlərdir onlar və nə etdilər?

4. Arxadan zərbə vuranlar

Hərbi təlim – gələcək labüd savaşın məşqidir. Bugünün təlim səfərbərliyi sabahın real səfərbərliyinə hazırlıdır. Ona görə də, bu gün nələrin baş verdiyini təhlil edib, nəticələr çıxarmaq çox vacibdir. Bəs nə baş verir?
Əvvəla, xaricdəki antiazərbaycan şəbəkəsi bir ağızdan, komanda verilibmiş kimi, təlim səfərbərliyini gözdən salmağa, qara yaxmağa başladılar. Demək, sabah real savaş, real səfərbərlik olsa, yeni eyni işi görəcəklər.
Səfərbərlik təlimi haqda informasiya yayılandan bu yana Amerikadakı xüsusi təyinatlı gəlin Sevinc Osmanqızı buna qara yaxmaq və gözdən salmaq üçün 3 gündür ki, özünü didib-tökür.

Ölkədə hərbi ruhun yüksəlməsi müşahidə olunan kimi dərhal xarici qəzetlərdən biri Azərbaycanda müdafiə sahəsində korrupsiya haqda həyasızcasına dezinformasiya yayır, Azadlıq Radiosu və Əli Kərimli isə onu böyük şövqlə paylaşırlar. Maraqlıdır: niyə bu araşdırma bir həftə əvvəl və ya bir həftə sonra yox, məhz Azərbaycanda təlim səfərbərliyi başlayanda, insanların savaş ruhu yüksəlməyə başlayanda yayıldı? Bu, təsadüfdürmü?
İndi xüsusi təyinatlı gəlin və xüsusi təyinatlı bəy ikisi də bizimlə skayp bağlantısında olmalıdırlar. Xoş gördük, Sevinc xanım, xoş gördük Admin Heyəti!
- Salam.
- Xoş gördük.
- Sevinc xanım, əgər Admin Heyətinin heç bir etirazı yoxdursa, başlayaq sizdən. Sizin tərəflərdə deyildiyi kimi, Ladies first.
- Buyurun, Vüsal bəy.
- Təlimlərə çağırış başlayan kimi sizin kanalda dalbadal üç gün bir isteriya müşahidə olundu. “Adamlar qəfil hərbi təlimə götürülür” deyərək, soruşurdunuz ki, ölkədə nə baş verir? Doğrudanmı, sizə aydın deyil ki, bu, planlı təlimlərdir, sadəcə, indi həm də psixoloji yükü var...
- Əlbəttə, mənə hər şey çox yaxşı aydındır. Nəyin necə olduğunu əla bilirəm. Amma qətiyyən razılaşa bilmərəm ki, indiki vaxtda hərbi təlimlər Azərbaycana fayda gətirsin. Biz insanlarda elə bir əhval-ruhiyyə yaratmalıyıq ki, onlar bu təlimlərdən ya qaçsınlar, ya da lağ-lağı eləsinlər. Nəticədə, Azərbaycan Ermənistan qarşısında heç bir psixoloji üstünlük qazanmasın.

Əli Kərimli:
- Mən tamamilə qatılıram Sevinc xanımın bu fikirlərinə. Azərbaycan hakimiyyəti istəyir ki, indiki vaxtda bu təlimlərdən istifadə edib, ölkədə patriotizm əhvalını yüksəltsin. Bununla həm də ermənilərə görk olsun ki, onların təxribatları Azərbaycan xalqında necə qəzəb doğurub. Amma biz buna yol verə bilməzdik.

- Ona görəmi hansısa xarici mənbənin guya Azərbaycanda müdafiə sahəsində korrupsiya ilə bağlı dezinformasiyasını dərhal paylaşdınız?
- Paylaşdınız deyəndə ki, admin heyəti paylaşdı. Amma bəli, məhz ona görə.

- “Admin heyəti” demişkən, siz axı istədiyiniz yerə rahat gedirsiniz, istədiyiniz vaxt müsahibə verir, hətta youtube kanallarında canlı yayımlara çıxırsınız. Blokada söhbətinin lap şitini çıxarmısınız. Bəs deyilmi, hörmətli Admin Heyəti bəy?
- Ha-ha-ha... Yox, bəs deyil. Niyəsini qoy Sevinc xanım desin.

Sevinc Osmanqızı:
- Biz Azərbaycan hökumətinə qarşı bəzi layihələrin üzərində işləyirik. Ona görə də, Əli bəyin blokadada qalması hələ ki, bizim ümumi işimiz üçün lazımdır.

- Bu həftə Admin heyətinin votsapda göndərdiyi səsli mesajlar yayıldı və məlum oldu ki, o, sənədlərin saxtalaşdırılmasını istəyirmiş. Bəlkə bizə baxanların arasında bunu eşitməyənlər də ola bilər, ona görə əvvəlcə gəlin, birlikdə dinləyək.
Ayrı vaxt hakimiyyəti seçki saxtakarlığında suçlayırsınız. Budurmu sizin özünüzün dürüstlüyünüz?

Əli Kərimli:
- Ha-ha-ha... Bizə olar. O partiya mənimdir. Oada heç kim mənə qarşı çıxa bilməz. Kimsə mənim iradəmə qarşı getsə, gərək özü partiyanə tərk etsin. Etməsə, bax, bu cür yollarla çıxaracağıq.

- Yəni siz faktiki olaraq, əlahiddə götürülmüş bir partiyanın daxilində mini diktatura qurmusunuz da? Sevinc xanım, haqq-ədalət carçısı kimi, nə əcəb həftənin bu hadisəsinə münasibət bildirmədiniz? Yəni heçmi önəmli deyildi?

- Burada önəmli nə var idi ki?

- Ölkədə guya demokratiya uğrunda mübarizə apardığını deyilən bir partiyanın daxilində saxtakarlığının, qanunsuzluğun ortaya çıxması heçmi əhəmiyyətli deyil?!

- Yox. Mənim missiyam başqadır. Əgər həmin partiya bizim məqsədlərə qulluq edirsə, lap diktatura ilə idarə olunsa da, biz onlara demokrat deyib, insanlara sırımaqda davam edəcəyik.

- Sizcə, insanlar da inanacaqlar?!
- Ha-ha. Axmaqlar həmişə tapılacaq.

Nə isə. Sizinlə sağollaşıram, amma Admin Heyətindən xahiş edəcəyəm, bir az da xəttdə qalsın, çünki ona ayrı bir sualm da olacaq.

5. Yalançını pikapına qədər qovarlar

Etiraf eləmək lazımdır – və biz də bunu çox böyük qürurla deyirik,- vətəndaşlarımızın çoxu hərbi təlimlərə çağırışı son dərəcə mərdanə, hətta sevinclə qarşıladı. Mənim sosial şəbəkədəki dostlarımın arasında neçə-neçə insan “Vətən çağırır” yazaraq, təlimlərə çağırışı əsl toya-bayrama dəvət kimi qəbul etdilər. Əksəriyyət bu cür idi. Vətənin belə övladlarına baxdıqca insanın ürəyi dağa dönür və bir daha əmin olursan ki, bu xalqı məğlub etmək mümkün deyil. Bu, artıq qələbədir – düşmən üzərində ciddi psixoloji qələbə.
Amma bir qrup – həmişəki məlum və məlun qrup,- bu hadisə ilə məzələnməyə, lağa qoymağa başladı. Bura əsasən xaricdəki antiazərbaycan şəbəkəsi və daxildə Əli Kərimlinin ətrafında olan, yaxud onların təsirinə düşən radikallar aiddir. Və bu yerdə Admin Heyətindən növbəti sualı soruşmaq istyirəm.

- Buradasınızımı?
- Eşidirəm sizi.
- Bilmirəm, necə deyim ki, kobud alınmasın. Sizin ətrafınızda olan o dəstə var e, -xüsusilə də oradakı gənclər,- onların bu cür aqressiv, radikal, ictimai və siyasi baxımlardan əxlaqsız, şəxsi planda tərbiyəsiz yetişmələrinə necə nail olursunuz? Belələrini xüsusi seçib, ətrafınıza cəlb edirsiniz, özlərimi gəlib sizi tapır, yoxsa normal gənclərin beynini pozub, onları zombiləşdirirsiniz?
- Ha-ha-ha... Deyəsən, mənim trollarım sizə möhkəm yer eləyib axı... Elə bilirsiniz ki, zombi yetişdirmək asandır? Bu işin incəlikləri var. Biz dediyiniz amillərin hamısını nəzərə alırıq. Ona görə də, ən aqressiv, ən pozğun troll dəstəsi mənim ətrafımdadır.

Demə Qoq:
- Özümü saxlaya bilmədim, icazənizlə, mən də söhbətə qoşulacağam. Vacib məsələ qalıb qıraqda, siz burada nə danışırsınız?! Ondansa deyin ki, niyə kiminsə pikapı əlindən alınmalıdır? Əgər bu gün kiminsə pikapının ümuidinə qalmışıqsa, bəs hərbi büdcə nəyə xərclənir?

- Bax, bax, elə bu cür düşüncəsiz patetika ilə həmin o qaragüruh insanları aldadıb, radikallaşdırır da. Axı heç kimin maşını əlindən alınmır. Sadəcə, qanunda müharibə dövründə təkcə döyüşə bilən hərbi vəzifəli vətandaşların deyil, həm də hərbi təyinatlı nəqliyyat vasitələrinin səfərbər edilməsi nəzərdə tutulur. Yəni, səfərbərlik təlimi zamanı pikap tipli avtomobillərin də qeydiyyata alınması standart prosedurlardan biridir.
Bu, həmişə hər yerdə belə olub. Tarixə “Marn taksisi” adı ilə düşən məşhur hadisə var. 1914-cü ilin sentyabrında general Jozef Qalyani Parisdə fəaliyyət göstərən 1300 taksidən istifadə edərək, 6000 əsgəri bir gecədə Marna çayının yaxınlığında baş verəcək döyüşün meydanına daşımış, məhz bu əməliyyatın nəticəsində fransızlar qalib gəlmişdilər. Ondan sonra bax, həmin bu “Renault AG-1” avtomobili “Marna taksisi” adı ilə əfsanəyə çevrilərək, tarixə düşmüşdü. Yeri gəlmişkən, Almaniyanın Qərb cəbhəsində sürətlə irəliləyərək, Fransanı I Dünya Müharibəsindən kənarlaşdırmaq planı elə həmin o Marna döyüşü ilə pozulmuşdu. Parisdə hətta bu maşınlara heykəl də qoyulub.
Ayrı vaxt “vətən-millət”, “niyə Qarabağı almırıq”, “gedək döyüşək” deyənlərin söhbət səfərbərliyə çatanda bir pikapa görə hay-küy salmaları çox düşündürücü hadisədir. Əgər sabah müharibə başlayacaqsa, “Hər şey Qələbə üçün” devizi ilə yaşamağa bu gündən alışmalıyıq. Xoşbəxtlikdən, vətənpərvərliyi pikapının buferində qurtaranlar aramızda çox azdır.
Qələbəni isə bir gün hamımız mütləq görəcəyik. Sadəcə səbirli və möhkəm olaq!



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti