Lənkəranda intihar hadisəsi baş verib

Lənkəranda intihar hadisəsi baş verib
  15 Fevral 2014    Oxunub:1227
47 yaşlı qadın özünü quyuya atdı. Hadisə fevralın 14-də Lənkəran rayonunun Gərmətük qəsəbəsində qeydə alınıb.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, hadisə fevralın 14-də rayonun Gərmətük qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Göyçək Səfər qızı Əliyeva özünü yaşadığı evin həyətindəki su quyusuna atıb.

Hadisə barədə ilk xəbər tutan onun qardaşının həyat yoldaşı olub. O, dərhal hadisə barədə qonşulara xəbər verib. Onların köməkliyi ilə mərhumun cəsədi quyudan çıxarılıb.

Yaxınlarının bildirdiyinə görə, Göyçək Əliyeva ruhi xəstə olub. Əvvəllər uzun müddət çay fabrikində çalışıb. Dəfələrlə özünü öldürəcəyi barədə yaxınlarını xəbərdar edib. Göyçək Əliyevanın ailə həyatı qurmadığı bildirilir. Evdə isə qardaşı və onun həyat yoldaşı ilə birgə yaşayıb.

O, 6 metr dərinliyi olan quyuya başı üstə düşüb. İntihar edərkən isə evdə tək olub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.


Teqlər:





Xəbər lenti