"Əfqanıstanda xidmət etmək əvəzinə narkotik satırlar"

"Əfqanıstanda xidmət etmək əvəzinə narkotik satırlar"
  11 Fevral 2013    Oxunub:1830
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Əfqanıstandakı bəzi ABŞ əsgərlərinin narkotik qaçaqmalçılığı ilə məşğul olmaları haqda Moskvanın əlində sənədlər olduğunu bildirib.
Rusiyada iştirak etdiyi televiziya proqramında Əfqanıstana ABŞ ordusunun gəlməsi ilə orada narkotik qaçaqmalçılığının artdığını deyən Lavrov, əllərində bu dediklərini isbat edəcək sənədlər olduğunu bildirib. Rusiyanın "ABŞ-a gözümüzü yumaq" yox, "bu özbaşınalığı aradan qaldırmaqçün Əfqanıstanda koalisiya qüvvəsini yaradaq" prinsipi ilə hərəkət etməli olduğunu deyib. Əks təqdirdə Əfqanıstanda narkotik qaçaqmalçılığı baş alıb gedəcək və bölgə sərhədlərini keçərək Orta Asiya və Qafqaz bölgəsinə də öz mənfi təsirini göstərəcək.


Teqlər:





Xəbər lenti