Bildirilib ki, sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və “DOST Evi” filialının həssas əhali qruplarına aid benefisiarları və təlimçilərinin 50-dən çox əl işi nümayiş etdirilir.
Əl işləri sırasında yaşıl dünyaya, ətraf mühitin mühafizəsinin, təbiəti qorumağın vacibliyinə həsr olunmuş sənət nümunələri də yer alıb.
Leyla Əliyeva və Arzu Əliyeva Mərkəzin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslərdən ibarət benefisiarlarının ifasında təqdim edilən konsert proqramını da izləyiblər.
Müslüm Müslümzadə, Səbinə Əsgərova, Xaliq Şərifov, Səməd Novruzov, Nurlan Əhmədov, Fərid Abdullayev tərəfindən Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub.
Təqdim edilən sərgi və konsert proqramı böyük maraqla qarşılanıb.
Sonra Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları ilə görüşərək onlarla söhbət edib, xatirə şəkilləri çəkdiriblər.
AzVision.az