Türkiyə ABŞ-ni kürdlərə dəstəyi dayandırmağa çağırır - "Bloomberg"

Türkiyə ABŞ-ni kürdlərə dəstəyi dayandırmağa çağırır    - "Bloomberg"
  20 Noyabr 2024    Oxunub:336
Türkiyə ABŞ-ni Suriyadan qoşunlarını çıxarmağa və kürdlərə dəstəyi dayandırmağa çağırıb. Rəsmi Ankara bunun müqabilində “İslam Dövləti” ("İŞİD") terror qruplaşması ilə mübarizə aparmağa hazırdır.
Bu fikirlər "Bloomberg"də dərc olunan məqalədəndir.
Məqalə müəllifi iddia edib ki, Ankara üçün əsas problemlərdən biri ABŞ-nin suriyalı PKK-çılara təlim keçməsi və silahlandırmasıdır. Türkiyə bu silahlıları terrorçu və özünə ciddi təhlükə sayır.

"Ankara Vaşinqtona Suriyada "İŞİD"ə qarşı mübarizəni öz üzərinə götürə biləcəyini təklif edib. Bunun müqabilində o, Birləşmiş Ştatların Suriyadan qoşunlarını çıxarmasını və kürdlərə dəstəyi dayandırmasını istəyir. Türkiyə kürdlər tərəfindən həbs edilən sayı on minlərlə olan "İŞİD" yaraqlısı və onların qohumlarına dair məsuliyyəti də öz üzərinə götürməyə hazırdır", - nəşr yazıb.
Agentlik qeyd edib ki, Vaşinqton hələlik Ankaranın təklifinə cavab verməyib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti