Bahar Azərbaycana nə vaxt gələcək?

Bahar Azərbaycana nə vaxt gələcək?
  18 Mart 2014    Oxunub:1402
Bahar Azərbaycana martın 20-si Bakı vaxtı ilə təxminən saat 20:57-də qədəm qoyacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin verdiyi məlumata görə, 2014-cü ildə Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 20:57-də baş verəcək.

AzVision.az xəbər verir ki, Akademiyadan AzərTAc-a bildiriblər ki, direktorun sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüzün bərabərliyi qeydə alınacaqdır. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-dək davam edir.

Martın 18-i isə Azərbaycanda ilaxır çərşənbədir.


Teqlər:





Xəbər lenti