Ciddi iqlim dəyişiklikləri baş verir: 142 ilin istilik rekordu qırıldı

   Ciddi iqlim dəyişiklikləri baş verir:   142 ilin istilik rekordu qırıldı
  14 Avqust 2021    Oxunub:2903
Bu ilin iyul ayında anomal istilərin qeydə alınması yeni rekorda səbəb olub. Azvision.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Artıq 142 ildir dünyadakı temperaturla bağlı müşahidələr aparan ABŞ Milli Okean və Atmosfer Araşdırma (NOAA)İdarəsi 2021-in iyulunu son iki əsrin ən isti iyulu adlandırıb .
"Hazırkı durumda bu ilin iyulunun birinci pilləyə qalxması yaxşı hal deyil",- NOAA-nın administratoru Qod Spinrad deyib.

Ötən ay dünyada havanın orta istiliyi 16.7 dərəcədən çox olub ki, bu da ümumilikdə 20 -ci əsrin orta temperaturundan 0.93 dərəcə çoxdu. 2016 -cı ilin iyulunda qeydə alınmış rekord göstəricindən isə 0.01 dərəcə yüksəkdir.

Qod Spinradın sözlərinə görə bu yeni arzuolunmaz rekord iqlim dəyişikliyi ilə bağlı dünya üçün növbəti dəfə həyəcan təbili çalıb.

Qeyd edək ki, bu il Asiyada da iyul ayının temperaturu 2010 -cu ilin rekordunu yeniləyib.
Avropada isə 2021-ci ildə qeydə alınan anomal istilər 44 ilin rekordunu təzələyib.


Tural Tağıyev
Azvision.az



Teqlər: Temperatur   İqlim  





Xəbər lenti