2 instituta direktor təyin edildi

2 instituta direktor təyin edildi
  18 Mart 2014    Oxunub:1518
AMEA Mikrobiologiya və Fiziologiya institutlarının direktorları təyin olundu.
AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti iclası keçirilib.

Akademiyadan AzVision.az-a verilən məlumata görə, bölmə üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan BTEB-in akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdə duran məsələlər barədə məlumat verib.

Bildirib ki, iclas AMEA Mikrobiologiya və Fiziologiya institutlarındadirektor seçkilərinə həsr olunub.

Ə.Əmiraslanov Fiziologiya İnstitutuna bu elmi müəssisənin Elmi Şurası adından direktor vəzifəsinə biologiya üzrə elmlər doktoru Ulduz Həşimovanın, Mikrobiologiya İnstitutuna isə akademik Məmməd Salmanovun namizədliyinin irəli sürüldüyünü qeyd edib.

Tədbirdə akademik Seyfəddin Əliyev, AMEA-nın müxbir üzvləri Rafiq Qasımov,Novruz Quliyev, Pənah Muradov çıxış edərək U.Həşimova və M.Salmanovun institut direktoru vəzifəsini tutmaq üçün seçkilərə namizədliklərini dəstəkləyiblər.

Sonra U.Həşimova və M.Salmanov elmi-təşkilati fəaliyyətləri haqqında qısa məlumat veriblər.

Açıq səsvermə yolu Hesablama Komissiyası yaradıldı. AMEA-nın müxbir üzvü Tofiq Məmmədov komissiyanın sədri, AMEA-nın müxbir üzvləri İbrahim Əzizov və İlham Ələkbərov komissiyanın üzvləri seçiliblər.

Daha sonra gizli səsvermə yolu ilə institutlara direktor seçkiləri keçirilib. Səsverməyə əsasən M.Salmanov Mikrobiologiya, U.Həşimova isə Fiziologiya İnstitutunun direktoru vəzifəsinə seçiliblər.

Tədbirdə həmçinin Fiziologiya və Neft-Kimya Prosesləri institutları arasında elmi-tədqiqat işləri üzrə müqavilənin imzalanması məsələsi də müzakirə edilib. Müqavilənin institutlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi daşıyacağı vurğulanıb.

Sonda bir sıra kadr məsələlərinə də baxılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti