Nazirlər Kabinetindən xaricdə təhsillə bağlı mühüm DƏYİŞİKLİKLƏR

Nazirlər Kabinetindən xaricdə təhsillə bağlı mühüm DƏYİŞİKLİKLƏR
  19 Mart 2014    Oxunub:1521
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə bağlı aparılan islahatların davamı olaraq, Nazirlər Kabinetinin 27 noyabr 2008-ci il tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları”na bir sıra dəyişikliklər edilib.

Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 mart tarixli, 78 nömrəli qərarına əsasən, edilən dəyişiklik nəticəsində tələbənin təhsil aldığı ölkəyə daxil olmasından sonra həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq, ödəmələr aşağıdakı kimi həyata keçiriləcək:

- Bakalavriat səviyyəsi üzrə
Kanada və Böyük Britaniya - 8 ay, digər ölkələr - 9 ay;

- magistratura səviyyəsi üzrə
Böyük Britaniya - 12 ay, digər ölkələr - 10 ay;
- aspirantura, doktorantura, rezidentura səviyyələri üzrə - 12 ay

Müqayisə üçün bildiririk ki, əvvəlki illərdə Dövlət Proqramı təqaüdçüləri üçün aylıq təqaüdlər tələbə təhsil aldığı ölkəyə cari ayın 1-15-i arası daxil olduğu təqdirdə həmin aydan etibarən, 15-i tarixindən sonra daxil olduğu təqdirdə isə növbəti ayın əvvəlindən etibarən ödənilirdi. Bu səbəbdən də Dövlət Proqramı çərçivəsində 15 gündən az təhsil alan tələbəyə həmin ay üzrə təqaüd ödənilmirdi.

Yeni dəyişikliklərdən sonra isə yuxarıda qeyd olunan standart təhsil müddətindən əlavə təhsil dövrü üçün (ay və gün) yaşayış xərcləri aidiyyəti ölkə üzrə aylıq yaşayış xərci normasının bir günə düşən məbləğini əlavə günlərin sayına vurmaqla müəyyən ediləcək.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar gələcəkdə də davam etdiriləcək.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti