Yurdumuza bahar gəldi
Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olub. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.
Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınıb. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayıb və bu, iyunun 21-dək davam edəcək.
Qeyd edək ki, fevralın 25-də Azərbaycan ilk, martın 18-də isə axır çərşənbə qeyd olunub.