Mamikodan xəbər gəldi
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, “Surb Qriqor Lusavoriç” Tibb Mərkəzinin travmatologiya şöbəsində müalicə edilən Mamikon Xocayan 10-15 gündən sonra evə buraxılacaq. Şöbə müdirinin verdiyi məlumata görə, o, əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Xatırladaq ki, yanvarın 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılan Ermənistan vətəndaşı, 1937-ci il təvəllüdlü Xocayan Mamikon Tiqranoviç martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb. Azərbaycan Müdafiə Nazirliyi Xocayanın silahlı və əraziyə keçən erməni diversiya qrupunun bələdçisi olduğunu açıqlayıb.
Teqlər: