Novruz bayramı Əmmanda da qeyd olundu

Novruz bayramı Əmmanda da qeyd olundu
  21 Mart 2014    Oxunub:1177
Novruz bayramı Azərbaycan Respublikasının İordaniyadakı səfirliyində də qeyd olunub.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bayram münasibətilə səfirlikdə bayram süfrəsi açılmış və İordaniyada yaşayan soydaşlarımız, onların ailə üzvləri, vaxtilə Azərbaycanda təhsil almış iordaniyalılar, türkdilli xalqların və krallıq ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təntənəli mərasim keçirildi.

Toplantıda səfirliyin müşaviri Hüseyn Rəhimli çıxış edərək tədbir iştirakçılarını təbrik edib, Novruzun Azərbaycan xalqının ən qədim bayramlarından biri olduğunu, baharın gəlişindən, təbiətin oyanışından xəbər verdiyini, habelə bolluq, bərəkət, firavanlıq bayramı olduğunu söylədi.

Novruzun həmrəyliyi təşviq edən bayramlardan biri olduğunu qeyd edən diplomat Dağlıq Qarabağın işğaldan azad olunması arzusunda olan İordaniyada məskunlaşan Azərbaycan icmasının nümayəndələrinə müraciət edərək, harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını müstəqilliyimizin əbədi olması üçün əməl və əqidə birliyi, sarsılmaz vəhdət nümayiş etdirməyə çağırdı.

Sonda Azərbaycan mahnıları səslənib, rəqslər ifa olunub.


Teqlər:





Xəbər lenti